Derada hərbçilərlə nümayişçilər arasında toqquşmalar davam edir

Derada hərbçilərlə nümayişçilər arasında toqquşmalar davam edir

Suriyanın Dera şəhərində hərbçilərlə nümayişçilər arasında toqquşmalar davam edir.

SİA-nın xəbərinə görə, həftələrdir aksiyaların mərkəzi olan Deraya hökumətin tank və zərehli texnikanın müşayiətilə hərbi qüvvə göndərməsindən sonra gərginlik daha da artıb.

Şəhərdə 25 nəfərin öldüyü, yüzlərlə insanın yaralandığı dünənki toqquşmalardan sonra da gərginlik davam edir.

Şahidlər şəhərə üç min əsgər yerləşdirildiyini, bütün evlərin damlarına snayperlərin yerləşdirildiyini bildiriblər.

Suriya rəsmiləri isə şəhərə terrorçuların sızdığını, xalqın yardım çağırışından sonra hərbçilərin Deraya girdiyini iddia edirlər.

Dera ilə telefon bağlantıları kəsildiyi üçün şəhərdən dəqiq xəbər almaq mümkün deyil.

Dera da daxil olmaqla ölkə boyu 500-dən çox insanın həbs edildiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə