Kamboca Kralı İlham Əliyevi təbrik edib

Kambocanın Kralı Norodom Sihamoni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

SİA-nın məlumatına görə, təbrikdə deyilir:

"Cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Fürsətdən istifadə edərək, Sizə cansağlığı, ölkənizin vətəndaşlarına firavanlıq arzulayıram.

Əminəm ki, ölkələrimiz arasında mövcud olan səmimi münasibətlər xalqlarımızın mənafeyi naminə bundan sonra da möhkəmlənməkdə davam edəcəkdir.

Ən yüksək ehtiramla".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...