Dünya Azərbaycan təcrübəsinə maraq göstərir - ŞƏRH ÖZƏL

“Xalqın rifahına, onun iqtisadi və sosial əmin-amanlıqlarının qorunmasına, sosial ədalətin təmin edilməsinə, maddi sərvətlərin, nemətlərin, istehsal resurslarının qanun daxilində hamıya əlçatanlığına nail olmuş, hər bir vətəndaşın layiqli həyat şəraiti əldə etməsinə təminat verən hüquqi, demokratik Azərbaycanda yaşamaq gözəldir. Bu gözəlliyin insana yaşatdığı duyğuların ən birincisi minnətdarlıq duyğusudur. Bu duyğunun ünvanı isə təbii ki, siyasəti milyonların ürəyincə olan Prezident İlham Əliyevdir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatın İlham Məmmədov deyib.

Onun sözlərinə görə, bütün dünyada pandemiya səbəbilə fəaliyyətin bütün sahələri üzrə məhdudlaşdırıması zərurəti fonunda dövlət başçısının gərgin iş rejimində çalışmasının hər birimiz canlı şahidləriyik: “Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışı və bu açılışda ölkə rəhbərinin və xanımının iştirakı dövlətimizin sükanının etibarlı əllərdə olmasının daha bir sübutudur. Ölkəmizdə həyata keçirilən sosial siyasət bu sahədə reallaşan islahatlar, islahatların uğurunu təmin edən nəhəng layihələrlə xalqın həyatında əhəmiyyətli dəyişikliklərə yol açır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsçüsü olduğu DOST layihəsinə qədər ölkəmizdə “ASAN xidmət” məkrəzləri yaradılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabe olan İlk "ASAN xidmət" mərkəzi 2013-cü ildə fəaliyyətə başlayıb və hazırda 15 mərkəz var ki, onlardan 5-i paytaxt Bakıda, 10-u isə Azərbaycanın bölgələrindədir. “ASAN xidmət” mərkəzlərində on iki dövlət orqanının vətəndaşlara göstərdiyi xidmətlərdən başqa funksional yardımçı xidmətlər də təklif olunur. İndiyədək milyonlarla insan “ASAN xidmət”dən yararlanıb və bu layihə uğurla davam etməkdədir. Həm “ASAN xidmət”, həm də DOST mərkəzləri ölkədə aparılan sosial islahatların təzahürüdür və hər iki layihə dövlət-vətəndaş münasibətlərində şəffaflığa xidmət edir”.

Deputat bildirib ki, ölkədə 30-dan artıq DOST mərkəzlərinin yaradılması nəzərdə tutulması sevindirici haldır: “Ümumilikdə 139-dan artıq xidmət göstərilən mərkəzlər sosial sahəni hərtərəfli əhatə etdiyi üçün cəlbedicidir. Mərkəzlərin fəaliyyətindən əhalinin məmnununluğunun 96 faiz təşkil etməsi müəyyən olunmuş istiqamətin uğur göstıricidir. Əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, övladlığa götürmə, əlillik, əmək və məşğulluq, bank, notariat, həmçinin Tibbi Sosial Ekspertiza Komissiyasının xidmətləri göstərəcək mərkəzlərin fəaliyyəti həmçinin yüzlərlə insanların işlə təmin olunması deməkdir. Bu, eyni zamanda, ölkə olaraq Azərbaycandan dünyaya bir nümunədir. Dövlət başçısı mərkəzin açılışından sonra Azərbaycan Televiziyasına verdiyi müsahibədə bu barədə belə deyir: “Burada göstərilən xidmətlər, əlbəttə sosial təminat sahəsində böyük bir yenilikdir və təsadüfi deyil ki, artıq bir neçə ölkə bu təcrübə ilə bağlı bizə müraciət edib və Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır”. 2004-cü ildən başlayaraq keçirilən Prezident seçkilərində xalq böyük fəallıq göstərib və öz səsini daha təminatlı, xoşbəxt sabahı naminə cənab İlham Əliyevə verib. Prezident İlham Əliyevin siyasətinin mərkəzində isə hər zaman Azərbaycan vətəndaşı, onun arzu-istəyi, rifahı durur”.

İ.Məmmədov vurğulayıb ki, dövlət başçısının dediyi kimi “xüsusilə son müddət ərzində-keçən il və bu il sosial sahə daha böyük prioritet kimi gündəlikdə mövcuddur”.

“Bəli,məhz ötən il ən geniş - 4 milyon 200 min insan dövlət tərəfindən içərisində minimum əməkhaqqının təxminən 2 dəfə, minimum pensiyanın 70 faizdən çox qaldırılması məsələlərinin də yer aldığı sosial paketdən bəhrələnib. Azərbaycan MDB məkanında minimum pensiyanın alıcılıq qabiliyyətinə görə birinci yerdədir. Müavinətlərin qaldırılması,problemli kreditlərlə bağlı məsələlərin həlli 4,2 milyon insanın rifah halını, güzəranını yaxşılaşdırıb, vətəndaşlarda dövlətə olan inamı, güvənci artırıb. Əksər ölkələrdə milli valyutanın dollar qarşısında əhəmiyyətli dərəcədə dəyər itirməsi faktdır. Amma Azərbaycanda yaradılan güclü və dayanıqlı iqtisadiyyat manatın dəyərdən düşməsinə imkan vermir. Pandemiya dövründə də dövlətin əhalinin lehinə olan sosial təşəbbüslərlə çıxış etməsi təqdirəlayiqdir.

Azərbaycan güclü dövlətdir, Azərbaycanın qüdrətli ordusu var. Azərbaycan güclü iqtisadiyyata malikdir və Azərbaycan dünyaya nümunə olan sosial dövlət modelinə sahibdir. Ötən hər il ölkədə sosial siyasət sahəsində yeni-yeni əhəmiyyətli təşəbbüslərin reallaşması ilə tarixə düşür. Sahib olduğumuz sosial-iqtisadi nailiyyətlər isə qarşıya qoyulmuş vəzifələrin icrası yolunda bütün maneələri dəf etmək gücündədir. Dövlət başçısı bunu belə ifadə edir: “Mən ilin əvvəlində və pandemiyanın artıq alovlanan dövründə demişəm ki, bir dənə də olsun sosial proqram ixtisar edilməyəcək və biz bunu təmin edirik. Eyni zamanda, sosial infrastruktur layihələrinin heç biri ixtisar olunmayıb. Ona görə bu sahəyə göstərilən diqqət və əməli-praktiki addımlar bir daha bizim siyasətimizin mahiyyətini göstərir. Bir də onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə