Tina Kaydanau: "ABŞ Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır"
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Tina Kaydanaunu qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, xanım T. Kaydanau ABŞ-ın Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini, ölkəsinin Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. O, ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həll olunmasını istədiyini, bu istiqamətdə öz töhfəsini verməyə hazır olduğunu vurğulayıb və ölkəsinin münaqişənin nizamlanmasında müsbət irəliləyişin əldə olunmasına tərəfdar olduğunu bildirib.
Öz növbəsində, E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesi çərçivəsində aprelin 22-də Moskvada Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirildiyini qeyd edib. Nazir mövcud "status-kvo"nun saxlanılmasını yolverilməz kimi qiymətləndirib.
O, regionda davamlı sülhün və sabitliyin bərqərar olması üçün kommunikasiyaların bərpa olunması vacibliyini qeyd edərək, bunun üçün Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistanın silahlı qüvvələrinin çıxarılmasının əsas şərt olduğunu vurğulayıb. Görüşdə, həmçinin birgə maraq kəsb edən digər müxtəlif ikitərəfli, regional və qlobal mövzular ətrafında da fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB