Rusiya aviaşirkətləri müharibə veteranlarını pulsuz daşıyacaqlar

Rusiya aviaşirkətləri müharibə veteranlarını pulsuz daşıyacaqlar

Rusiyanın aviaşirkətləri ənənəyə uyğun olaraq mayın əvvəlində İkinci dünya müharibəsi veteranlarının pulsuz daşınması üzrə aksiya keçirəcəklər. SİA-nın xəbərinə görə, iri aviaşirkətlərin əksəriyyəti bu aksiyaya qoşulmaq niyyətində olduğunu bildirib, lakin müxtəlif aviadaşıyıcılarda aksiyanın müddəti və şərtləri fərqlənir. Aksiyanın şərtləri barədə məlumatı müvafiq şirkətlərin saytlarında və ya onların sorğu xidmətlərində dəqiqləşdirmək olar.


Bəzi şirkətlər veteranlara bileti tamamilə pulsuz verir, digərləri yalnız rüsum haqqı ödəməyi xahiş edir. Rüsum haqqı bəzən bir neçə min manata çatır. Bəzi aviadaşıyıcılar veteranı müşayiət edən şəxsə də pulsuz, yaxud güzəştli qiymətlərlə bilet verir, digərləri aksiyanın zaman çərçivəsini bir ayadək və daha çox artırmışlar. Veteranlar və onları müşayiət edən şəxslər tələb olunan marşrutda daşıyıcıların şərtlərini müqayisə edib optimal variant seçə bilərlər.


Xatırladaq ki, 2010-cu ildə bu aksiya digər nəqliyyat növlərinə də şamil edilmişdi. Rusiya nəqliyyatı vətəndaşlığından asılı olmayaraq, Böyük Vətən müharibəsi iştirakçıları və əlilləri üçün pulsuz olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə