"Ölkəmiz müharibə şəraitindədir və birliyi çox ehtiyacımız var" ÖZƏL - AÇIQLAMA
"Bəzən ölkəmizdə "beşinci kolon" rolunu oynayan şəxslər ölkədə hər hansı bir cinayət törətmiş şəxsə siyasi məhbus donunu geyindirib onları xaricə təqdim edirlər, biz belə məsələlərin əleyhinəyik". Bu sözləri SİA-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev partiya fəaliyyətindən danışarkən deyib.
Onun sözlərinə görə, hər bir partiya seçkilərə hazırlaşır və hakimiyyətə gəlməyin yeganə yolu seçki yoludur, əgər hansısa partiya seçkilərdə iştirak etmirsə, bu onun tərəfdaşlarını aldatmasıdır: "Biz Bələdiyyə seçkilərində, Parlement seçkilərində və Prezident seçkilərində iştirak etmişik. Bundan sonra da seçkilərdə iştirak edəcəyik. Eyni zamanda, gündəlik olaraq ölkənin ictimai-siyasi proseslərində də iştirak edirik, qarşıya çıxan məsələlərlə bağlı mövqeyimizi bildiririk. Pandemiya ilə yaranmış vəziyyəti nəzərə alaraq öz partiya yoldaşlarımıza müraciətlər etdik və onlara dövlətin bu istiqamətdə həyata keçirdiyi fəaliyyətlə birlik olmasını tövsiyyə etdik. Post-pandemiya dövrü üçün çağırışlar və təkliflərimizlə çıxış etdik. İnsanların maariflənməsi ilə bağlı çağırışlar etdik. Ölkəmizə hər hansı formada, istər kənar qüvvələrin birbaşa, istərsə də buradakı şəxslərin vasitəsilə təsir imkanları olanların qarşısında dayanırıq".
Fərəc Quliyev bildirib ki, müxalifətdə fəaliyyətimiz yalnız dünyagörüşü savaşından ibarətdir və öz dünyagörüşümüzü rəqabət şəklində ortaya qoyuruq: "Bu istiqamətdə platformalarımız, öz proqramlarımız var və təkliflərimizlə çıxış edirik. Bəzi qüvvələr kimi yalnız qərəzli şəkildə, ağa qara, qaraya ağ deməklə məşğul olmuruq, bu doğru deyil. Biz ölkədə yaxşı olanları təqdir edirik, pis olanların isə qarşısında dururuq. Əsas prinsipimiz budur ki, istənilən qüvvənin, istər iqtidarda olsun, istərsə də müxalifətdə, millətin milli maraqlarına uyğun olan bir davranış sərgiləyirsə yanındayıq, yox, əgər milli maraqlarımıza qarşı gəlirsə onun qarşısındayıq. Bizim baxışımız bundan ibarətdir və cəmiyyəti də bu formada maarifləndirmək lazımdır ki, ölkədə qütblülük yaranmasın. Ciddi birlik modeli olsun və qütbləşmədən vahid davranış sisteminə keçilsin. Çünki, ölkəmiz müharibə şəraitindədir və birliyi çox ehtiyacımız var. Partiya olaraq da növbəti seçkilərə hazırlaşıb iştirak etmək niyyətindəyik".
Partiya sədri qeyd edib ki, Partiya əsas üç məsələyə diqqət ayırır: "Bəzən ölkəmizdə "beşinci kolon" rolunu oynayan şəxslər ölkədə hər hansı bir cinayət törətmiş şəxsə siyasi məhbus donunu geyindirib onları xaricə təqdim edirlər, biz belə məsələlərin əleyhinəyik. Ölkəmizin sıxıntı altında olan insanları var, Dilqəm kimi, Şahbaz kimi erməni girovluğunda olan insanlarımız var, yüzlərlə Kəlbəcərdən girov götürülən qadınlarımız və onlar ermənilərin əlindədirlər. Biz Avropa təsisatlarında uyğun strukturlara bu haqda müraciətlər göndərmişik. Başqa partiyalardan da istəyərdik ki, erməni əsirləyində olan, girov götürülmüş adamlarımız haqqında məsələ qaldırsınlar. İkinci mühüm məsələ isə Partiyamızın Departamentləri mövcuddur və onların fəaliyyətinə xüsusi diqqət ayırırıq. Məsələn, Qərbi Azərbaycan Departamenti Ermənistandan qovulmuş azərbaycanlıların haqları ilə bağlı mübarizə aparır, beynəlxalq təsisatlara müraciətlər edilir. Borçalı Departamentimiz var ki, bizim orada yaşayan aborigen 600 minə qədər insanlarımızın talelərinə sahib çıxırıq, müəyyən təkliflərlə çıxış edirik. Üçüncü məsələ isə Parlamentlə əməkdaşlıqda maraqlıyıq və qanunlar, layihələr hazırlayaq Parlamentdə göndəririk".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB