Əli Kərimli haraya qədər?
Harınlaşmaq, qudurğanlıq etmək heç bir yerə sığmaz. Radikal müxalifət adlı bir toplumun bu 30 illik getdikləri yola nəzər yetirdikdə. Nə qədər qurğan, nə qədər mənəviyyatsız və əxlaqsız olduqlarının şahidi olursan. Belə bir deyim var, insanın savadsızlığına da, mədəniyyətsizliyinə də, cahilliyinə də göz yumub birtəhər susmaq olar, amma əxlaqsızcasını aşırı dərəcədə olan böhtanları eşidib ona laqeyd qala bilmirsən. Çünki bu gün özlərini "vətənpərvər”, "demokrat”, "xalqın qeydinə qalan” kimi göstərənlərdən xəbərsiz olan, meydan qəhrəmanları və tribuna hərislərini tanımayaraq onlara inanmaq istəyən gənclər üçün əli kərimlilərin, isa qəmbərlərin öz dilindən bəzi faktları diqqətə çatdırmaq yerinə düşər. SİTAT: 1992-1993-cü illərdə Azərbaycan prezidenti olmuş Əbülfəz Elçibəy: "RÜŞVƏT ALANDA MİLYONLARLA DOLLAR ALIRSINIZ, ALIRSAN, HEÇ OLMASA YÜZ MİNLƏRLƏ AL, BEŞ MANAT AL, İNSAFLA AL. Deyirlər, 200 min dollar verməlisən, yoxsa səni gömrükdən buraxmayacam, çünki sən 400 min dollar qazanacaqsan. Gəl qazancı yarı bölək...".
P.S. Buyurun, Əli Kərimlinin hər gün bəh-bəhlə haqqında danışdığı o illərin real vəziyyəti. Sizcə, Əli Kərimli, İsa Qəmbər… kimilərin bu gün danışmağa mənəvi haqqı varmı?
AXC-Müsavat qruplaşmasının faciəsi: Xəyanət, şəxsi mənafe, radikallıq...
Prezidenti İlham Əliyev mayın 13-də Azər Qocayevi Kəlbəcər rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoqəbulda çıxışı zamanı bir çox məqamlara toxunarkən bu gün radikal müxalifətin bu 27 il ərzində xəyanətkar, cinayətkar əməllərini bu gün də davam etdirdiklərini bildirib: "Kəlbəcərin işğal altına düşməsinin səbəbkarı xəyanətkar AXC-Müsavat hakimiyyətidir. Məhz onların xəyanətkar və yarıtmaz fəaliyyəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşmüşdür, vətəndaşlarımız həlak olmuşdur və Kəlbəcərdən olan bütün soydaşlarımız məcburi köçkün şəraitində yaşamağa məcbur olmuşlar. Bu cinayət AXC-Müsavat hakimiyyətinin birinci cinayəti deyildi. Şuşanın və Laçının işğal altına düşməsində də AXC-Müsavat tandeminin çox böyük mənfi rolu olmuşdur".
Dövlət başçısı onu da vurğulayıb ki, ovaxt da, bu gün də bu cinayətkarlar hakimiyyət davası edib: "Bu gün özünü radikal müxalifət adlandıran, əslində, indiki şəraitdə çox aciz durumda olan marginal qruplaşma nəyin bahasına olursa-olsun Azərbaycanda vəziyyəti pisləşdirmək istəyir. Təbii ki, onların buna nə gücü, nə də ağlı çatır. Ancaq onların niyyəti məhz budur: Azərbaycanı ləkələmək, ölkəmizin imicinə zərbə vurmaq, pandemiya dövründə apardığımız uğurlu siyasətə kölgə salmaq, xarici havadarlarının maraqlarını təmin etmək, satqın, xain təbəqə, “beşinci kolon” kimi xarici dairələrin əmrlərini yerinə yetirmək".
"Xalqa, dövlətə xəyanət edən xaindir"
Prezident çıxışı zamanı radikal müxalifətin exəyanətkar xain olduğunu bildirərərk xalqın onların bu xəyanətlərini unutmamağı dedi: "Azərbaycan xalqı bunu unutmamalıdır, xalq düşmənlərini unutmamalıdır. Mən onları öz adları ilə çağırıram. Belə də olmalıdır. Çünki xalqa, dövlətə xəyanət edən xaindir. Xaricin maraqlarını burada təmin etmək istəyən, öz xalqına, öz xalqının, dövlətinin maraqlarına zərbə vurmaq istəyən düşməndir. Bunun başqa adı yoxdur. Hamı da bunu bilməlidir".
Və bu gün dövlət başçımızın hər görüşdə dediyi bu sanballı faktlardan sonra AXCP-Müsavat hansı xəyanət axtarışını edir?. Və özlərini "lider" adlandıran Əli Kərimli ən birinci cinayətkar və xəyanətkar deyilmi? Məşhur fransız ədibi Viktor Hüqo dediyi kimi: "Vətənini rüsvay etmək - ona xəyanət etmək deməkdir".
Bu gün bütün dünyanı ağuşuna alan kornavirusa qarşı ən düşünülmüş addamı atan dövlətimizin apardığı uğurlu nəticələrə qarşı çıxaraq düşünürsünüz ki, sosial şəbəkələrdə süni səs-küy, böhtanlar yacdırmaqla xalq, millət sevgisi qanacaqsınız?. Əsla!!!Elə zənn edirsiniz ki, ağ-qara deməklə elədiyləriniz unudulacaqmı? Əsla!!! Haraya qədər?. Artıq sonunzdur. Sizin kimi satqınların yeri artıq 2003-cü ildən tarixin zibillikləridir, xalq o yeri sizin kimi satqınlara göstərib. Əgər sosial şəbəkələrdə Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı və…bu sosial şəbəkə virusları cinayəti demokratiya, əxlaqsızlığı şəxsi həyat, xəyanəti fəaliyyət azadlığı kimi təqdim etməyi "siyasi mübarizə" adlandıraraq özlərini "əsl müxalifətçi" hesab edirlərsə, o zaman susmaq haraya qədər?
Satqınların sonu…
Və bu günlərdə bu viruslardan olan Əli Kərimli sosial şəbəkədə bildirir ki, «hətta mobil telefonum da ev dustağına» çevrilib deməsinə «qüvvət» verən satqınların «emblemi» Gültəkin Hacıbəyli də bildirir ki, «hazırda hamımız ev dustağıyıq, mən də. “Konslagerdə” yaşayırıq» demələri həyasızlığın, daha doğruzu xəyanətkarların novbəti xəyanəti deyilmi? Onlardan geri qalmayan satqın, mənəviyyatsız Sevinc Osmaqızıdır ki, məqsədi həmişə Azərbaycanın inkişafı, tərəqqisi, insanlarımızın inkişaf etmiş Qərb dövlətlərindəki kimi yaşaması deyil. Qətiyyən, o tam əksini arzulayır: qiyam, üsyan, vətəndaş müharibəsi, qan gölü. Özü də son zamanlar dünyanı ağuşuna alan koronavirusun tüğyan etdiyi bir zamanda "Osmanqızı TV” kanalında etdiyi etdiyi çağırışlarında da aydın şəkildə vətəndaş müharibəsinin olması arzusunda olduğunu aydın şəkildə bilddirir. Ancaq bu arzu da arzu olaraq qalacaq və bu virusla birlikdə o dünyalıq olacaqsan, İnşallah!
Lakin şər, böhtan, qarayaxma üslübü ilə seçilən radikal düşərgə elə zənn edir ki, bu yola nəyəsə nail olacaqlar… Bax, budur əxlaqsızlıq, satqınlıq.
Qabil Hüseynli: "AXCP-Müsavat uzun illər kiçilə-kiçilə bu günümüzə gəlib çatıblar"
Müxalifət düşərgəsindəki son proseslər, partiyalararası münasibət, "liderlər"in qarşılıqlı ittihamları və sair məsələlərlə bağlı politoloq Qabil Hüseynli Müsavat və AXCP arasında yaşanan gərginliyin səbəbini müxalifət funksionerlərinin qarşılıqlı ittihamlarıda gördüyünü bildirib: "Bu, çox ciddi surətdə müxalifətin indiyə qədər uğur qazanmamasının səbəblərini göstərən amil xalqın onlara inamımının olmasıdır. Bir də müxalifətə başqa düşmən lazım deyil, içindədir düşmənləri. Bir də satqınların sonu, aqibəti belə olmalıdır. Çünki Əli Kərimli, İsa qəmbər, Arif Hacılı, Cəmil Həsənli və onların ətrafındakılar satqınlıq mayası ilə mayalanan xəyanətkarlardır".
Sərdar Cəlaloğludan Əli Kərimliyə İTTİHAM
ADP sədri Sərdar Cəlaloğlu epidepmiyadan yararlanmaq istəyən AXCP sədrinin son vaxtlar minbir oyundan çıxmasına qarşı çıxaraq bildirib ki, səbrim tükəndi: "Bu böhtan, şantaj, araqarışdıranlıq etməyə adət edən AXCP sədri Əli Kərimlinin bütün meymunluğunu, satqınlığını görmüşük. İndii nədir belə bir zamanda düşüb ortaya, «dustağam», «inteneğtim kəsilib» nə bilim daha nələr… Artıq bəhanələrin, böhtanların zamanı keçib, ay «bəy»!. Bu gün xalq kimlərin Azərbaycanda intriqa apardıqlarını, satqınlıqlarını yaxşı bilir. Və xəyanətkar axtarışı da etməyə ehtiyac yoxdur. Belə bir söz var, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Əli Kərimli və ətrafı məhz oğru, satqın və xəyanətkardır. Barı ayıbına kor olub dilini dinc qoy...".
Bəli, əgər abır deyilən hissiyat varsa. Ancaq alqı-satqı obyekti olaraq, bu məfhum çox işlədilib. İşlənmiş əşyalara isə nə Azərbaycan siyasəti, nə Azərbaycan hakimiyyəti, nə də beynəlxalq təşkilatlar ehtiyac duymurlar. Milli xəyanətkarların yeri isə tarixin zibilliyidir və onlar sona qədər həmin zibillikdə qalacaqlar. Çünki satqınların sonu belə olmalıdır!!!
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB