“Müəlliflik hüququ, mədəni hüquqlar və insan haqları: erməni riyakarlığı” mövzusunda konfrans keçirilib- FOTO
Bu gün 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibəti ilə "Müəlliflik hüququ, mədəni hüquqlar və insan haqları: erməni riyakarlığı" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, millət vəkili Qənirə Paşayeva və başqaları iştirak ediblər.
Konfransda ilk olaraq çıxış edən Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib ki, əsas məqsədimiz əqli mülkiyyətin insan cəmiyyətində, iqtisadiyyatda rolunu göstərmək, yaradıcılara öz hörmətimizi göstərmək, digər tərəfdən hüquqların təminatı ilə bağlı müəyyən addımlar ataraq, xüsusilə də erməni plagiatçılığına qarşı yönələn işlərimizi cəmiyyətə çatdırmaqdır.
Daha sonra ombudsman E. Süleymanova vurğulayıb ki, bu tədbirin İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatı ilə birgə keçirilməsi təsadüfi deyil: "Erməni ədəbi oğurluqlarının ifşa edilməsi, bu sahədə işlərin sistemli, ardıcıl və peşəkar səviyyədə aparılması agentliyin fəaliyyətinin ən vacib istiqamətlərindən biridir".
Ombudsman çıxışı zamanı Bakıda dünya ombudsmanlarının iştirakı ilə beynəlxalq konfransın keçiriləcəyini qeyd edərək əlavə edib ki, iyunun 16-18-də keçiriləcək beynəlxalq konfransın əsas mövzusu milli azlıqların mədəni hüquqlarının qorunması olacaq. Ombudsmanın sözlərinə görə, beynəlxalq konfrans Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi və ölkəmizin Avropa Şurasına üzvlüyünün 10 illiyi çərçivəsində keçiriləcək".
Tədbirdə müəlliflik hüququ, mədəni hüquqlar, insan haqları və erməni riyakarlıqları ilə bağlı məruzələr dinlənilib və müzakirələr aparılıb.
Qeyd edək ki, konfrans Müəllif Hüquqları Agentliyi və İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatı ilə birgə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə