Yaponiya höküməti cari il üçün büdcəyə əlavələr edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Yaponiya höküməti mart ayında baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq üçün 4.02 trilyon yen, yəni 50 milyard dollar ayırmağı nəzərdə tutub.
Hadisə II Dünya Müharibəsindən sonra Yaponiya iqtisadiyyatına ən çox ziyan vuran hadisə hesab olunur. Hətta 1995-ci ildə Honshu adasının Kobe şəhərində baş verən güclü zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bu qədər maliyyə ayrılmamışdı. O zaman zərərçəkən sahələrin bərpasına 3.23 trilyon yen ayrılmışdı.
Yaponiyanın Maliyyə Nazirliyindən bildirilib ki, dövlət zərərçəkən regionlarını bərpa etmək üçün lazımi vəsaiti tapa biləcək.
Xatırladaq ki, martın 11-də Yaponiyada 8.9 bal gücündə zəlzələ və sunami baş verib. Hadisə nəticəsində 14 minə yaxın insan həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB