Pandemiya ilə mübarizədə Azərbaycan modeli var və dünya üçün bir nümuinədir
Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşü bu qlobal pandemiyaya qarşı mübarizədə bütün dünya üçün həmrəylik nümunəsidir. Nüfuzlu beynəlxalq təşkilatların, qurumların rəhbərlərinin, eləcə də qırxdan çox üzv ölkənin dövlət və hökumət başçılarının ölkə başçımızın təşəbbüsünə dəstək verməsi və Zirvə görüşünə qatılması isə həm Azərbaycanın, həm də Azərbaycan Prezidentinin beynəlxalq aləmdə nüfuzunun yüksək olduğunun real göstəricisidir.
Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə ən fəal rol oynayır
Heç şübhəsiz ki, koronavirus adlanan bu qlobal bəlanın yayılmasının qarşısının alınması və onun fəsadlarının aradan qaldırılması bütün dünya ölkələrinin, eləcə də Qoşulmama Hərəkatına üzv olan dövlətlərin də qarşısında duran ən mühüm vəzifələrdən biridir. Onsuz da istər-istəməz hər bir ölkə öz daxilində bu xəstəliklə mübarizə aparır və belə bir şəraitdə COVİD-19 kimi bir bəla ilə qlobal əməkdaşlığın nə qədər əhəmiyyətli olduğunu hər kəs, hər bir ölkə və onun rəhbəri çox yaxşı başa düşür. Amma heç bir ölkə və onun rəhbəri məhz Azərbaycan Respublikası və Azərbaycan Prezidenti kimi təşəbbüskarlıq edib bu bəlanın aradan qaldırılması istiqamətdə qlobal əməkdaşlığa səy göstərməyib. İndi bütün dünya ictimaiyyəti bilir və etiraf etmək məcburiyyətindədir ki, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə ən fəal rol oynayır və Zirvə görüşünün sonunda Bəyannamənin qəbul olunması isə bütün dövlətlərin səylərinin birləşdirilməsinə növbəti bir çağırışdır. Ona görə növbəti bir çağırış deyilir ki, bu təşəbbüs Azərbaycan tərəfindən ilk təşəbbüs də deyil və bundan əvvəl Türk Şurasının videokonfrans formatında Zirvə görüşünün də təşəbbüskarı məhz Azırbaycan Respublikası, Azərbaycan Prezidenti olub. Bu baxımdan cəsarətlə deyə bilərik ki, Azərbaycan öz təşəbbüsləri ilə qlobal əməkdaşlıq üçün mühüm platforma və körpü yaradır.
Azərbaycan Prezidenti istənilən təsisata sədrlik etməyə layiqdir və bu sədrliyi də uğurla icra etmək əzmindədir
Diqqət çəkən məqamlardan biri də məhz Qoşulmama Hərəkatının BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olması və bu quruma daxil olduqdan sonra ən qısa zamanda ölkəmizin həmin quruma sədrlik etməsidir. Bu, əslində ölkəmizin, ölkə başçımızın nüfuzunun göstəricisidir ki, 120 ölkənin təmsil olunduğu bir beynəlxalq qurum sədrlik etmək üşün Azərbaycanı Respublikasını və Azərbaycan Prezidentini layiqli bilib. İstər Türk Şurası, istərsə də Qoşulmama Hərəkatına daxil olan ölkələrin Zirvə görüşünün videofarmatda təşəbbüskarı olması və qlobal problemin həlli istiqamətində göstərdiyi səylər təsdiq edir ki, Azərbaycan, Azərbaycan Prezidenti sözün əsl mənasında bu quruma, eləcə də istənilən təsisata sədrlik etməyə layiqdir və bu sədrliyi də uğurla icra etmək əzmindədir.
Dünya ictimaiyyəti şahidi oldu ki, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı tarixində ilkə imza atıldı. Şahidi oldu ki, Azərbaycan qlobal həmrəyliyə, dövlətlərarası təmasların möhkəmləndirilməsinə pandemiya şəraitində belə töhfələrini verməkdə davam edir. Görünür ki, Azərbaycana, Azərbaycan Prezidentinə olan etimad da əbəs yerə deyil və ölkəmizin qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin arxasında ölkə rəhbərinin uğurlu, məqsədyönlü, düşünülmüş siyasəti, dünya çapında həmrəylik istiqamətində səyləri, nailiyyətləri və beynəlxalq aləmdə nüfuzu durur.
Azərbaycan Prezidenti öz prinsiplərinə sadiqdir və Qoşulmama Hərəkatının Zirvə görüşü bunun bariz nümunəsidir
Azərbaycan Respublikası Prezidentinin öz prinsiplərinə, vədlərinə sadiq qaldığı da hər zaman diqqət mərkəzində olub və son Zirvə görüşü də bunu təsdiq edir. Beləki, xatırlayırıqsa, ötən il hərəkata sədrliyi öz üzərinə götürərkən Cənab Prezident Azərbaycanın beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağını, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacağını bəyan etmişdi. İndi Qoşulmama Hərəkatına üzv ölkələr özləri də bir daha şahidi oldular ki, həqiqətən də Azərbaycan Prezidenti öz prinsiplərinə sadiqdir və onun da şahidi oldular ki, dünyanın ciddi sınaqlar qarşısında olduğu bir vaxtda, qlobal əməkdaşlığa ehtiyac duyulduğu bu həssas məqamda Cənab Prezident İlham Əliyev Zirvə toplantısının təşəbbüskarı oldu və bunu reallaşdırdı. Yəni, ölkə başçımız növbəti dəfə öz vədinə sadiqliyini nümayiş etdirdi.
Ölkəmizdəki prezident-xalq, xalq-prezident birliyi dünya ictimaiyyətinin diqqətindən yayınan deyil
Ən təqdirəlayiq məqam ondan ibarətdir ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə vaxtında və operativ şəkildə həyata keçirilən qabaqlayıcı tədbirlər nümunə kimi təqdir olunur. İstər Türk Şurası ölkələri, istərsə də Qoşulmama Hərəkatına daxil olan ölkələr pandemiya ilə mübarizədə Azərbaycan təcrübəsindən çox şeylər öyrənirlər. Təbii ki, hər bir ölkə daxilində sözügedən virusla mübarizə tədbirləri aparılır, amma heç birində Azərbaycandakı qədər uğurlu nəticələr əldə edilmir ki, bunu da statistik göstəricilər təsdiqləyir. Təkcə Qoşulmama Hərəkatına üzv ölkələr deyil, həm də bütün dünya ölkələri və bu ölkələrin rəhbərləri, ictimaiyyəti görür ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi, təşəbbüsü və tövsiyələri ilə Azərbaycanın daxilində həmrəylik necə müsbət nəticələr verir. İstər dövlətin vətəndaşlara, ehtiyaclı təbəqəyə yardımları, istərsə də əhalinin bir-birinə dəstək verməsi, köməklik göstərməsi, bir sözlə həmrəy, bir olması hansı müsbət nəticələrə səbəb olduğu günün reallığıdır və hər kəs də bunun şahididir. Şahididir ki, ölkə başçımızın bircə çağırışı ilə vətəndaşlar tövsiyələrə riayət etdilər və qadağalara demək olar ki, tam şəkildə əməl olundu. Bütün bunlar özü-özlüyündə prezident-xalq, xalq-prezident birliyini göstərir ki, bu da bir həmrəylik nümunəsi olaraq dünya ictimaiyyətinin diqqətindən yayınan deyil. Məhz ona görə də cəsarətlə deyə bilərik ki, pandemiya ilə mübarizədə Azərbaycan modeli var və bu həmrəylikdir ki, dünya üçün də bu bir nümuinədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB