"Azərbaycan Avropa və Asiyanı birləşdirən az sayda dövlətlərdəndir" ÖZƏL - AÇIQLAMA
"Bu gün Azərbaycan Avropa və Asiyanı birləşdirən çox az sayda dövlətlərdən biridir ki, bunu coğrafi mövqeyə görə deyil, eyni zamanda siyasi xarici fəaliyyət davranışında da göstərmiş olur". Bu sözləri SİA-ya açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
Politoloq bildirib ki, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşünün təşəbbüskarı Prezident İlham Əliyev olmuşdur və bundan əvvəl də tükdilli dövlətlərin başçıları ilə bu formatda videokonfrans vasitəsilə görüşü olmuşdu:
"Bu videokonfrans da həmçinin Prezident İlham Əliyevin təşəbbüsü ilə olmuşdur. Bu o deməkdir ki, Azərbaycan koronavirus pandemiyası dövründə aktiv xarici siyasət fəaliyyəti yürüdür və eyni zamanda elə pandemiyanın özünə qarşı birgə mübarizənin lazımlığını göstərmiş olur. Ümumdünya Səhiyyə Təşkilatının Baş katibi də təsadüfi deyil ki, bütün bu görülən işlərə görə Prezident İlham Əliyevə çox yüksək qiymət vermişdir. Hər halda dünyanın ən böyük təşkilatı olan Qoşulmama Hərəkatı üzvlərinin Azərbaycanla eyni qrupda yer alması təbii ki, bizim milli və dövlət maraqlarımızın reallaşmasına kifaət qədər böyük töhfə verir. Biz unutmamalıyıq ki, altı ay bundan əvvəl də həmin 120 ölkə Bakıda keçirilən Zirvə toplantısında Ermənistanı təcəvüzkar, işğalçı adlandırmışlar".
Onun sözlərinə görə, Azərbaycan əgər dünyada Qoşulmama Hərəkatı kimi mötəbər təşkilata töhfəsini verirsə, o zaman regional inteqrasiya proseslərində, regional iqtisadi siyasi proseslərə vermiş olduğu töhfə də göz qabağındadır:
"Bu gün Azərbaycan Avropa və Asiyanı birləşdirən çox az sayda dövlətlərdən biridir ki, bunu həm coğrafi mövqeyə görə deyil, eyni zamanda siyasi xarici fəaliyyət davranışında da göstərmiş olur. Dünən Qoşulmama Hərəkatının Zirvə toplantısı zamanı hərəkat tarixində ilk dəfə idi ki, Avropa İttifaqı rəsmisi bu təşkilatın Zirvə toplantısında iştirak edərək nitq söylədi ki, beləliklə, Azərbaycan Prezidenti İlham Əliyev həm də Avropa İttifaqı, ümumilikdə, qərb dünyasına qarşı əks qütbdə yerləşən Qoşulmama Hərəkatı ilə Avropa Birliyini koronavirus təhlükəsi zamanı bir araya gətirməyə də müvəffəq olmuşdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB