"Kadr və struktur islahatları olduqca əhəmiyyətlidir" ÖZƏL-MÜNASİBƏT
"Ümumiyyətlə Azərbaycanda aparılan kadr və struktur islahatları olduqca əhəmiyyətlidir. Dövlət başçısı tərəfindən istər sosial sahədə, istərsə də iqtisadi və s. bütün istiqamətlərdə aparılan islahatlara adekvat kadr, struktur islahatlarının da aparılması olduqca zəruridir. Mən bunu çox yüksək qiymətləndirirəm". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru, İlqar Orucov deyib.
"Ölkə başçımız hər zaman qeyd edib ki, hər bir kadr, hər bir məmur birinci növbədə xalqa xidməti əsas götürməlidir və özünü xalqın xidmətçisi obrazında hiss etməlidir, onu yaşamalıdır. Hər bir məmurun gördüyü iş yalnız Azərbaycan vətəndaşına xidmətdən asılı olmalıdır. Bu baxımdan da ölkəmizdə son dövrlərdə həyata keçirilən kadr islahatları bir daha göstərdi ki, əslində çox doğru bir yol tutulub. Bu istiqamətdə işləri davam etdirmək olduqca vacibdir. Təkcə 2018-ci ilin prezident seçkilərindən sonra mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərliyində çox ciddi dəyişikliklər oldu. Demək olar ki, əksər yeni nəsil kadrlar və çox peşəkar insanlar rəhbərliyə gətirildi. Bununla da ölkə başçımız bir daha göstərdi ki, Onun həyata keçirdiyi islahatlar xəttində eyni zamanda kadr islahatları başlıca rol oynayır. Biz bunu pandemiya dövründə daha aydın gördük. Son dövrlərdə yerli icra hakimiyyəti orqanlarında da kadr islahatları aparılır və bütövlükdə özünü və ətrafını düşünən insanlara eyni zamanda xalqın, dövlətin malına göz dikən insanlara qarşı ən sərt formada addımlar atılır. Mən bunu birmənalı olaraq dəstəkləyirəm. Hesab edirəm ki, bu islahatlar davam etdirilməlidir və dərinləşdirilməlidir. Xalqı dövlətdən narazı salan, xalqla dövlət arasında uçurum yaradan kadrlar ən sərt şəkildə cəzalandırılmalıdırlar ki, bu bir ibrət olsun"-deyə, İ.Orucov fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB