Biləsuvar İcra başçısının timsalında cənab Prezident bir çox görüşlərdə və tədbirlərdə bu məsələyə xüsusi toxunub. Bir sıra rayonlara yeni icra hakimiyyəti başçıları təyin edərkən bu barədə ümumi olaraq bütün məmurlara ciddi xəbərdarlıqlar edib. Onları qanunazidd əməllərdən uzaq olmağa, insanlara diqqət və qayğı ilə yanaşmağa çağırıb. Əks halda ciddi cəza tədbirlərinin görüləcəyini bildirib". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.
"Təəssüf ki, bəzi məmurlar bu xəbərdarlıqlardan nəticə çıxarmadılar və əvvəlki əməllərinə davam etdilər. Nəticədə bir neçə dövlət məmuru həbs olundu. Prezident İlham Əliyev bir çox tədbir və görüşlərdə vurğulayıb ki, dövlət məmuru xalqın qulluqçusu olmalı, insanların problemlərinə yüksək diqqət və qayğı ilə yanaşmalıdır. Bunun ən bariz nümunəsi Prezidentin özüdür. Dövlət başçısı Azərbaycan Respublikasının yeni Baş Prokuroru Kamran Əliyevlə video görüşdə də bu məsələyə bir daha toxunaraq heç kimə qanun pozuntusunda güzəşt edilməyəcəyini xüsusi vurğuladı. Hamının qanun qarşısında bərabər olduğunu bəyan etdi. Ona görə hər kəs çalışmalıdır ki, qanunları pozmasın, insanlarla rəftarda yüksək mədəniyyət nümayiş etdirsin. Azərbaycan bir çox sahələrdə islahatların yeni mərhələsinə qədəm qoyub. Ölkəmizdə kadr islahatları uğurla həyata keçirilir. Son aylar bir çox sahələrə yeni gənc kadrlar təyin olunub. Kadr təyinatında bilik və bacarıqlara xüsusi önəm verilir. Bütün bu addımlar ölkəmizin inkişaf və tərqqisinə öz töhfəsini verəcək"-deyə, C.Məmmədov fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB