Biləsuvarda birinci rübün yekunları müzakirə olunub

Biləsuvarda birinci rübün yekunları müzakirə olunub

Biləsuvar rayonunda I rübün yekunlarına həsr olunmuş müşavirə keçirilib. SİA-nın Aran bürosunun məlumatına görə, müşavirədə təhlillər aparılaraq bildirilib ki, I rübdə dövlət büdcəsinin gəlirləri 3.1 milyon manat və ya 119 faiz yerinə yetirilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 244.7 min manat və ya 6.8 faiz cox olub. Yerli xərclər 2.8 milyon manat və ya 92.3 faiz icra edilib.


Respublikamızda aparılan ardıcıl iqtisadi siyasət nəticəsində cari ilin birinci rübündə əhalinin gəlirləri 21.5 milyon manat olmuşdur ki , bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 11.2 faiz artmışdır, gəlirlərin adam başına düşən həcmi 236.8 manat, orta aylıq əmək haqqı isə 190 manat olub.


Ümumi məhsul buraxılışının həcmi 18.7 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 5.5 milyon manat və ya 42.2 faiz artıb. Kənd təsərrüfatı məhsulunun həcmi 6.2 milyon manat, keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.7 milyon manat və ya 39.1 faiz ,tikintinin həcmi 2.8 milyon manat, keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.8 milyon manat və ya 2.8 dəfə, əsas kapitala yönəldilmiş investisya 2.9 milyon manat, keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.8 milyon manat və ya 2.6 dəfə artıb.


Pərakəndə əmtəə dövriyyəsi 25,0 milyon manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 4.0 milyon manat artıb. Əhalinin sosial rifah halının yaxşılaşması nəticəsində rayonda 14 fərdi ev tikilib.


Son illərdə rayonda bir sıra sənaye müəssisələrinin fəaliyyətə başlaması nəticəsində sənaye məhsulunun ümumi həcmi 659.6 min manat olub .Sənaye məhsulunun ümumi həcmində dövlət sektorunun payı 621.5 min manat olduğu halda qeri-dövlət sektorunun payı 38.1 min manat olub.


Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 6.4 milyon manata yaxın olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 39.1 faiz artıb.
2010-cu ilin payızında 2011-ci ilin məhsulu üçün 25439 hektar sahədə payızlıq taxıl əkilmişdir. Bunun 13261 hektarı buğda və 12178 hektarı arpa bitkisi təşkil edir. Yazlıq əkinlər üçün 6342 hektar sahədə şum işi görülmüşdür. Hazırda şumlama işi davam etdirilir.


2011-ci ilin birinci rübündə yazlıq bitkilərin əkini başlanıb. Hələlik 17 hektar dənli paxlalılar, 16 hektar dənlik qarğıdalı, 420 hektar yonca, 590 hektar pambıq, 243 hektar günəbaxan, 273 hektar kartof, 526 hektar tərəvəz, 586 hektar şəkər çuğunduru və digər kənd təsərrüfatı bitkiləri əkilib.
Yazlıq bitkilərin əkini davam etdirilir. Aparılmış araşdırmalara görə 2011-ci ildə 5000 hektar sahədə pambıq bitkisi əkiləcəkdir.


Kənd təsərrüfatı bitkilərinin suvarılması əsas işlərdən olduğu üçün bu sahədə müəyyən işlər görülüb. Belə ki, rayonun kəndlərində 142.9 km uzunluğunda təsərrüfatdaxili suvarma kanalı çəkilib. 8200 hektar sahədə bitkilər suvarılmışdır ki, bunun da 4200 hektarı taxıl əkinləridir. Suvarma işləri davam etdirlir. 2011-ci ilin birinci rübündə Əzizbəyov adına Kanal İstismar idarəsi Bəhrəmtəpə hidroqovşağından 58.6 milyon kub.metr su götürüb. Ondan 30.6 milyon kub.metri Biləsuvar rayonuna, 10.6 milyon kub.metri İmişli rayonuna, 5.0 milyon kub.metri qaçqın şəhərçiklərinə verilib. Bütün bunlara idarə üzrə 3604.6 min kvt.saat nasos stansiyasına elektrik enerjisi sərf olunub.


Heyvandarlıq sahəsində də müəyyən işlər görülmüşdür. Belə ki, birinci rübdə iri buynuzlu mal-qaranın baş sayı 39100 başa, xırda buynuzlu mal-qaranın baş sayı isə 134291 başa çatdırılıb. 1213 ton ət, 5868 ton süd, 2447 min ədəd yumurta istehsalı olub. İri buynuzlu mal-qara arasında cins tərkibinin yaxşılaşdırılması, xəstəliklərlə mübarizənin qarşısının alınmasında müstəsna əhəmiyyət kəsb edir. Birinci rübün yekunlarına görə 452 baş mal-qarada süni mayalanma işi aparılıb. Müvafiq dövr ərzində 328 baş sağlam buzov alınıb. Müzakirələrdə qarşıda duran vəzifələr və həlli vacib olan məsələlər barədə müvafiq tapşırıqlar verilib. Tədbirin sonunda ölkə prezidenti İlham Əliyevə Biləsuvar ictimaiyyəti adından müraciət qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə