Atəşkəsi pozan düşmən cavab atəşi ilə susdurulub

Atəşkəsi pozan düşmən cavab atəşi ilə susdurulub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 21-da saat 01.00-dan 01.10-dək, 02.00-dan 02.15-dək və 04.20-dən 04.30-dək Füzuli rayonunun Qorqan, Qaraxanbəyli və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə