"Koronavirusla bağlı hər bir ölkənin öz strategiyası var" ÖZƏL-MÖVQE
Koronavirusa qarşı peyvəndin yaradılması və istifadəyə verilməsi hansı əsaslarla həyata keçiriləcək? Dünya liderləri son vaxtlar bu məsələyə dair önəmli fikirləri irəli sürür. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunmuş videokonfransda SARS-CoV-2 virusuna qarşı qlobal mübarizənin aparılması müzakirə edildiyi zaman Almaniya kansleri Angela Merkel peyvəndin hazırlanıb istehsala buraxılması üçün 8 milyard evro məbləğində vəsaitin tələb olunacağını söylədi. Bu məqsədə çatmaq üçün Merkel səmərəli qlobal alyansın formalaşdırılmasını zəruri hesab etdi. Fransa prezidenti Emmanuel Makron isə diqqəti hazırlanacaq peyvəndin bütün ölkələrin ixtiyarına verilməsi məsələsinə cəlb etdi. Qoyulan vəzifələr xüsusən inkişaf etməkdə olan və kasıb ölkələrin əhalisi üçün xüsusi əhəmiyyət kəsb edir.
Məsələ ilə bağlı SİA-ya açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, koronavirusla bağlı hər bir ölkənin öz strategiyası var: "Öz həkimləri labaratoriyalarında təcrübələr aparır. Yaxşı olar ki, beynəlxalq komanda yaradılsın. Çünki bu virus hamını vuraraq həyatı üçün təhlükə yaradır. Ona görə də birgə mübarizə aparmaqları daha doğru olardı. Amma olmadı. Hər bir ölkə koronavirusla mübarizə metodları axtarır. Görünən odur ki, koronavirusun peyvəndin və dərmanın tapılması bir ildən tez olmayacaq. Ekspertlərin çoxu bunu təsdiqləyib. Almaniya koronavirusla uğurla mübarizə aparır. Bu mübarizəyə Almaniya böyük pullar ayırır. Əgər koronavirusun peyvəndi və ya dərmanı tapılarsa bunda alman alimlərinin də böyük rolu olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB