"Bu addımlar Azərbaycanda biznes mühitinin qorunub saxlanmasına imkan verir" RƏY-ÖZƏL
“Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə istiqamətində görülən tədbirlər təkcə bu gün üçün deyil, post-pandemiya dövrü üçün də kifayət qədər böyük əhəmiyyət kəsb edir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Bu gün koronavirus pandemiyasının dünya iqtisadiyyatına kifayət qədər böyük zərbə vurduğunu deyən deputat söyləyib ki, Azərbaycanda isə bütün problemlərin qarşısını almaq üçün əvvəlcədən anti-böhran tədbirləri düşünülmüş, ölkəmizdə virusun yayılmasının qarşısının alınması ilə paralel olaraq, sosial-iqtisadi və məşğulluq problemlərinin önlənməsi istiqamətində də zəruri tədbirlər görülmüşdü.
O bildirib ki, Prezident İlham Əliyevin 19 mart tarixli sərəncamı ilə koronavirusun ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirlərinin azaldılması,İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara, fiziki və hüquqi şəxslərə genişmiqyaslı vergi güzəştləri, o cümlədən sosial ödənişlərlə bağlı güzəştlərlə bağlı təkliflər hazırlanması çox ciddi addımdır və Azərbaycanda biznes mühiti qorunub saxlanmasına imkan verir.
A.Həsənova söyləyib ki, Azərbaycanda görülən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir: “Azərbaycan bu tədbirləri öz daxili imkanları hesabına həyata keçirdi. Dövlətin göstərdiyi dəstək sayəsində heç bir sahibkar, hüquqi və ya fiziki şəxs fəaliyyətini dayandırmadı. Artıq aprelin 27-dən müəyyən iş sahələrinin fəaliyyəti bərpa olunun. İnanıram ki, yaxın günlərdə digər iş sahələrinin də fəaliyyəti bərpa olunacaq və həyat öz axarına qayıdacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB