Rusiya Ermənistana sanksiya tətbiq edəcək QƏRAR

Rusiya Ermənistana sanksiya tətbiq edəcək QƏRAR

Ermənistanın “İrates” nəşri yazır ki, Rusiya bir sıra Ermənistan hakimlərinə mülkə sahib olma, maliyyə hərəkəti və ölkə ərazisinə daxil olma qadağasına qədər tətbiq ediləcək sanksiya hazırlayır. Qeyd olunur ki, buna səbəb həmin hakimlərin hüquq normalarını aşaraq, siyasi motivasiyalara yol vermələridir.

Hələlik sanksiyalar Armen Danielyana, Anna Danibekyana və Artuş Qabrielyana qarşı çıxarılır.

Lakin qadağalar yalnız hakimlər üzərində başa çatmır. Erməni nəşri yazır ki, bənzər sanksiyalar eyni zamanda 1 mart olayları ilə bağlı istintaq tədbirləri aparan müstəntiq və prokurorlara qarşı da hazırlanır.

“Yeri gəlmişkən, problemi yalnız onları deyil, həmçinin dostlarına və qohumlarına da yaşanacaq. Onlar da nəzarətdə ollacaqlar”, erməni nəşri yazır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə