Astara, Masallı və Salyan rayonları icra hakimiyyətlərinin hər birinə iki milyon manat ayrılıb

Astara, Masallı və Salyan rayonları icra hakimiyyətlərinin hər birinə iki milyon manat ayrılıb
Azərbaycan Respublikası Prezidenti Astara, Masallı və Salyan rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. SİA-nın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, dövlət başçısı Astara, Masallı və Salyan rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara, Masallı və Salyan rayonları icra hakimiyyətlərinin hər birinə 2,0 (iki) milyon manat məbləğində vəsait ayırıb. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılıb ki, bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.

Bütün xəbərlər Facebook səhifəmizdə