"Biz Sizin çağırışlarınızın və qərarlarınızın məsuliyyətini yaxşı anlayırıq" Vətəndaş məktubları

"Biz Sizin çağırışlarınızın və qərarlarınızın məsuliyyətini yaxşı anlayırıq" Vətəndaş məktubları

Respublikanın bütün guşələrindən vətəndaşlar Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlayırlar. Onlar ölkəmizdə koronavirusla mübarizədə görülən işləri, dövlətimizin başçısının xalqa göstərdiyi diqqət və qayğını alqışladıqlarını bildirirlər. SİA Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Neftçala rayonunun Aşağı Surra kəndindən Rövşən Quliyev: “Çox hörmətli Prezidentimiz, hazırda Yer kürəsinin 200-dən çox ölkəsinə yayılan COVID-19 pandemiyası ölkəmizdən də yan keçmədi. Lakin Sizin uzaqgörən siyasətinizin nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında Azərbaycan bu xəstəlikdən ölüm sayına görə sonuncu pillələrdədir. Bu gün dünyanı aciz vəziyyətə salmış, səhiyyəsi, iqtisadiyyatı güclü inkişaf etmiş ölkələri belə çətinliklər qarşısında qoyan koronavirusla mübarizədə xalqımız üçün gördüyünüz işlər, verdiyiniz uzaqgörən qərarlar insanların Sizə olan inam və güvənini daha da möhkəmləndirdi. Cənab Prezident, bu yolda Sizə və xalqımıza Allahdan kömək diləyirik. İnanırıq ki, Sizin rəhbərliyinizlə biz birlikdə bu çətinliyin öhdəsindən də layiqincə gələcəyik”.

İsmayıllı rayonundan İsmayıl Faxtiyev: “Möhtərəm cənab Prezident, koronavirus pandemiyası bütün dünyada olduğu kimi, Azərbaycanda da böyük həyəcana səbəb olub. Bu bəlanın qarşısını almaq üçün Sizin səmərəli, qabaqlayıcı tədbirlər görməyiniz ölkəmizin bu bəladan az itkilərlə çıxacağına əminlik yaradıb. Cənab Prezident, dövlətimizi, Vətənimizi, xalqımızı sevən, parlaq gələcəyi və ideyaları olan İsmayıllı gəncləri adından bildirmək istəyirik ki, Sizin hər zaman vurğuladığınız kimi, əsrlərboyu yaşatdığımız milli-mənəvi dəyərləri qoruyaraq bu çətin günlərdə tövsiyənizlə köməyə və yardıma ehtiyacı olan böyüklərimizin, xəstə və fiziki məhdudiyyətli şəxslərin, tənha yaşayan nənə və babalarımızın hər zaman yanındayıq. Sizin uzaqgörənliyiniz və qabaqlayıcı tədbirləriniz sayəsində ölkəmizdə virusun kütləvi şəkildə yayılmasının qarşısı alınıb və xəstəlik nəzarətdə saxlanılır. Əhalini virus təhlükəsindən qorumaq üçün ölkədə xüsusi karantin rejimi elan olundu, dezinfeksiya işləri aparıldı, səhiyyə sahəsində gücləndirilmiş iş rejiminə keçildi. Biz Sizin çağırışlarınızın və qərarlarınızın məsuliyyətini yaxşı anlayırıq. Sizi əmin edirik ki, etimadınızı doğrultmaq üçün daim yorulmadan, böyük əzm və səylə çalışacağıq. Çünki, biz birlikdə güclüyük!”.

Qəbələ rayonundan Seymur Yusifov və Samir Qəribov yazırlar: “Hörmətli cənab Prezident, dövlətimizin və xalqımızın bu çətin günlərində aztəminatlı ailələrə edilən müxtəlif yardımlara və koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün atdığınız bütün addımlara görə gənc ailə başçıları olaraq ailə üzvlərimizin adından Sizə təşəkkür edirik. Cənab Prezident, aparıcı dövlətlərin bu virusdan çox əziyyət çəkdiyini bilirik. Sizin verdiyiniz düzgün qərarlar nəticəsində xalqımız bu bəladan minimum itkilərlə çıxmaqdadır. Bu, bir daha sübut edir ki, Sizin rəhbərliyinizlə ölkəmiz gündən-günə inkişaf edir, xalqımız əmin-amanlıq içində yaşayır. Sizə bir daha təşəkkürümüzü bildirir, hələ uzun illər ölkəmizə rəhbərlik etməyinizi və Azərbaycanımızı indiki kimi daim irəli aparmağınızı arzulayırıq. Allah Sizi və ailənizi qorusun!”.

Bütün xəbərlər Facebook səhifəmizdə