"Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi son açıqlama həm Azərbaycanda, həm də Ermənistanda ciddi rezonansa səbəb olub. Hesab edirəm ki, Sergey Lavrovun münasibəti və bu münaqişənin həllinə yanaşması ilk başdan antiazərbaycan mövqe olub". Bunu SİA-ya siyasi şərhçi Azər Həsrət deyib.
Siyasi şərhçinin sözlərinə görə, Lavrov həmişə ikibaşlı oyun oynayıb: "Təbii ki, bu mövqe ermənipərəstlikdən qaynaqlanan bir mövqedir. Görünür damarlarında axan qan ona diqtə edir və həmin diqtə üzrə də hərəkət edir. Əslinə qalanda biz ondan ədalət gözləməmişik və indi də gözləyə bilmərik. Əgər ortada qərəz, bitərəflilik varsa, konkret bir tərəfə rəğbət varsa əlbəttə ki, orada artıq ədalətli yanaşmadan söhbət gedə bilməz. Amma Azərbaycanda öz siyasətini hər halda Sergey Lavrov və yaxud bənzər şəxslərin, diplomatların açıqlamaları üzərində qurmur. Azərbaycan dövlətinin öz siyasəti var. Ümumiyyətlə Azərbaycan bu münaqişənin nizamlanmasında özünün milli maraqlarını hər şeydən üstün tutur. Təbiidir ki, burada Azərbaycan ədalətli bir dövlət olduğuna görə qarşı tərəfin də maraqlarını bu və ya digər şəkildə diqqətə alır. Ona görə də biz hər iki tərəfi qane edə biləcək ədalətli həll variantının üzərində dururuq. Yəni Dağlıq Qarabağdakı erməni vətəndaşlarımıza normal yaşayışı təmin etmək şərtilə Ermənistanın işğalçı ordularının Azərbaycan torpaqlarından birdəfəlik çıxarılmasının tərəfdarıyıq. Bundan ədalətli mövqe ola bilməz. Təəssüflər olsun ki, vasitəçilik ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən birinin Rusiyanın XİN rəhbəri bu cür məsələlərin ədalətli tərəfini görmək istəmir. Amma Azərbaycan hər zaman olduğu kimi özünün doğru bildiyini və beynəlxalq hüquqa söykənən ədalətli həll variantını yenə də üstün tutmağa davam edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB