Saatlılar onların adından yayılan bəyanatlara narazılıqlarını bildirirlər

Saatlılar onların adından yayılan bəyanatlara narazılıqlarını bildirirlər

"Yeni Müsavat" və "Azadlıq" qəzetlərində dərc olunan xəbərlərdə bildirilib ki, aprelin 17-də Saatlı rayonunda fəlakətdən ziyan çəkmiş Novruzlu kəndinin sakinləri İcra Hakimiyyətinin inzibati binasının qarşısında mitinq keçirəcəklər. SİA-nın bölgə müxbiri həmin tarixdə, səhər saatlarında adı çəkilən ünvanda olub, günorta vaxtına qədər gözləyib.

İcra Hakimiyyətinin qarşısında təmir işləri aparılır. Yerli sakinlər və inşaatçılar müxalifət qəzetlərinin növbəti dəfə ictimaiyyəti aldatdığını, həmçinin qarışıqlıq yaratmaq cəhdlərinin uğursuz alındığını bildiriblər. Saatlılar, ümumiyyətlə onların adından yayılan yalan bəyanatlara görə kəskin narazılıq hisslərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə