"Milli Məclis AŞPA-ya etiraz məktubu göndərib” SPİKER

"Milli Məclis AŞPA-ya etiraz məktubu göndərib” SPİKER

Milli Məclis Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “seçkilər”ə münasibət bildirmədiyinə görə Avropa Şurası Parlament Assambleyasına (AŞ PA) etiraz məktubu göndərib. SİA-nın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, AŞ PA-nın bu qondarma “seçkilərə” münasibət bildirməməsi təəssüf doğurur.

Anti-milli qüvvələri tənqid edən spiker həmin anti-milli qüvvələr ermənilərin maraqlarına xidmət edirlər.

Koronavirusla həyata keçirilən tədbirlərə toxunan Sahibə Qafarova həyata keçirilən qabaqlayıcı tədbirlərin həm insanların sağlamlığını qoruyacağına, həm də iqtisadi inkişafı təmin edəcəyinə əminliyini ifadə edib: “VI çağırış Milli Məclisin iclasında Prezident İlham Əliyevin Milli Məclisin işi ilə bağlı verdiyi tövsiyələrə bundan sonra da əməl olunacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə