İtaliyanı koronavirusdan sonra zəlzələ "VURDU"

İtaliyanı koronavirusdan sonra zəlzələ "VURDU"

İtaliyanın şimalında 4,7 maqnituda gücündə zəlzələ baş verib. SİA xəbər verir ki bu barədə İtaliyanın Milli geofizika və vulkanologiya institutu məlumat yayıb. Zəlzələnin episentri Çerinyale şəhərciyindən bir neçə km kənarda olub.

Yeraltı təkan Pyaçentsa vilayətinin Emiliya-Romanya ərazisində yaşanıb. Axşam ərəfəsində həmin vilayətdə 3,5 maqnituda gücündə zəlzələ baş verib.

Şahidlərin sözlərinə görə, təkanlar Milanda da hiss edilib. Zəlzələnin gücünü yuxarı mərtəbələrdə yaşayan sakinlər hiss edib. Bundan əlavə təkan dalğası Bolonya və Genuya şəhərlərinə də gedib-çıxıb. Yaralananlar, ölənlər və dağıntılar barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə