BQXK: "Erməni əsirliyində olan Roman Hüseynovun məktubu anasına təqdim edilib"
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyi azərbaycanlı əsirə baş çəkib. Bu sözləri SİA-ya açıqlamasında BQXK-nin Bakı ofisinin mətbuat xidmətinin əməkdaşı İlahə Hüseynova bildirib. Belə ki, komitənin əməkdaşları Ermənistanda saxlanılan hərbi əsir Roman Hüseynova baş çəkib, onun saxlanma şəraiti, səhhəti ilə bağlı monitorinq aparıblar. Eyni zamanda hərbi əsirin ailəsinə yazdığı məktub BQXK-nın Azərbaycandakı nümayəndəliyinə göndərilib.
İlahə Hüseynova qeyd edib ki, artıq əsirin məktubu ailəsinə təqdim edilib. Xatırladaq ki, Azərbaycan Ordusunun kiçik çavuşu Roman Hüseynov Ermənistan silahlı qüvvələri tərəfindən 27 avqust 2010-cu il tarixdə əsir götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB