Əli Kərimli ona pul verməyənləri satır? SƏS YAZISI + FAKT

AXCP sədrinin villaları və biznesi olması ilə yanaşı, hətta maldarlıq ferması da var

AXCP sədri Əli Kərimlinin maliyyələşməsinin qaranlıq tərəflərinin mövcudluğu kimsəyə sirr deyil. Xüsusilə, onun pula hərisliyi barədə kifayət qədər faktlar var. Bu faktların hər birində şəxsi mənfəət və kirli oyunların olması da çoxuna məlumdur. Lakin bu arada pulgir partiya sədrinin daha bir ifşası bu kimi məsələləri gündəmə gətirib və ifşa olunub. Onu ifşa edən isə, Orxan Ağayevdir. Həmin şəxs ki, dəfələrlə cəbhəçi sədrə görə həbslərə düşüb və indi Avropada “siyasi mühacir” adı altında yaşayır...

Amma haraya və nə vaxta qədər..?

Maraqlısı isə budur ki, vaxtilə Ə.Kərimlinin həndəvərində hərlənib-dolaşanlar, onu bütləşdirənlər artıq onun əməllərini üzə çıxarırlar. Məsələ ondadır ki, bir il öncə AXCP sədrinə səhhəti ilə bağlı müraciət edən, lakin rədd cavabı alan mühacir Orxan Ağayev onun kirli əməllərini ifşa edib. Telefon danışığından bəlli olan səs yazısında məlum olub ki, Ə.Kərimlinin bir neçə yerdə evləri, villaları və biznesi olması ilə yanaşı, hətta maldarlıq ferması da var.

Ancaq bu da son deyil. Belə ki, Ə.Kərimlinin reketçiliklə məşğul olduğuna eyham vuran Orxan Ağayevin sözlərinə görə, AXCP sədri onun pulunu vaxtında çatdırmayanı, yaxud pul istədikdə verməyənləri şantajlayır, qaralayır və həbs etdirir. Əslində əməllərində bilavasitə mafiozluq, cinayətkarlıq elementləri olan AXCP sədri bütün bunların hesabatını verməsi yerinə mövcud vəziyyətdən sui-istifadə edib, hətta ən kiçik sosial məsələləri siyasiləşdirir, insanlar arasında çaşqınlıq yaratmağa cəhdlər göstərir. Amma haraya və nə vaxta qədər..?

Yəqin ki, dünyanı bürüyən koronavirus təhlükəsi yaxın zamanlarda sovuşduqdan sonra, AXCP sədrinin cavab verəcəyi gün də uzaqda deyil. Daha dəqiq desək, o bütün kirli əməllərinə görə qanunlar qarşısında mütləq cavab verməlidir və verəcəkdə.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...