"Azərbaycanın təcrübəsi türk dövlətləri üçün nümunə ola bilər" ŞƏRH - ÖZƏL

“Türk Dövlətlərininin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə Zirvə görüşü xüsusi əhəmiyyət daşıyır. Bu görüş əvvəlki görüşlərdən fərqli idi. Bu fərq həm görüşün onlayn şəkildə keçirilməsi, həm də bugünkü dünyanın gündəmində duran koronavirus pandemiyasının müzakirəsi ilə bağlı idi”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Zirvə görüşündə Ümümdünya Səhiyyə Təşkilatının rəhbərinin də iştirak etdiyini deyən deputat söyləyib ki, orada hər bir dövlət özünün koronavirusla bağlı həyata keçirdiyi tədbirləri bölüşərək, görülən işlər haqqıbda məlumat verdi: “Zirvə görüşündə Prezident İlham Əliyev Azərbaycanda koronavirusa qarşı mübarizə tədbirləri və görüləcək işlər haqqında türk dövlətlərinin məlumatlandırdı. Hesab edirəm ki, ölkə başçısının söylədiyi fikirlər və Azərbaycanın koronvirusa qarşı mübarizə təcrübəsi türk dövlətləri üçün də bir nümunə kimi təqdim etmək etmək olar”.

A.Badamov söyləyib ki, Türk Dövlətlərininin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə Zirvə görüşü çox əhəmiyyətli olmaqla yanaşı, ölkələr arasında əlaqələrin daha da sıxlaşmasına, daha da möhkəmlənməsinə xidmət edəcək.

Deputat söyləyib ki, ümumiyyətlə Azərbaycanda koronovirusla bağlı fon digər ölkələrlə müqayisədə müsbətdir: “Bildiyiniz kimi Ümümdünya Səhiyyə Təşkilatı koronovirusu martın 11-də pandemiya elan edib. Azərbaycan koronavirusa qarşı mübarizə istiqamətində qabaqlayıcı tədbirlərə başlayan ilk ölkələrdən biridir. Bununla yanaşı Azərbaycan ÜST-lə birbaşa əlaqə quraraq onlar tərəfindən bu istiqamətdə verilən bütün tövsiyə və tapşırıqlara əməl etməklə yanaşı, koronavirusa mübarizəyə dair tədbirlər Planı hazırlamışdı. Ölkəmizə ən müasir laboratoriyalar gətirilib və ÜST-ün tövsiyyələri vaxtında icra olunmağa başlanıb. Bütün bunlar pandemiyanın Azərbaycanda geniş yayılmasının qarşısını alıb”.

O bildirib ki, bu gün Azərbaycanda koronavirusla bağlı yoluxmaların sayı çox kimi görünə bilər: “Lakin ölüm sayına baxdıqda Azərbaycanın pandemiyaya qarşı ən güclü mübarizə aparan ölkələr arasında öncül yerdə olduğunu görmək olar. Çünki bu gün Azərbaycan Prezidentinin apardığı siyasətin təməlində insan sağlamlığı birinci yerdə durur. Tətbiq olunan bütün məhdudiyyətlər, xüsusi karantin rejiminin elan edilməsi, Nazirlər Kabineti yanında Operativ Qərargahın gündəlik məlumatları təqdim etməsi, biznes, muzdla işləyən və işləməyənlərə dövlət dəstəyinin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın sosial dövlət olduğunu, aparılan siyasətin təməlində vətəndaşlarımızın dayandığını deməyə əsas verir. Bu siyasət ölkə vətəndaşları tərəfindən də yüksək səviyyədə qarşılanır. Son günlər vətəndaşların Azərbaycan Prezidenti İlham Əliyeva ünvanladığı təşəkkür məktubları bunu deməyə imkan verir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...