"Əfv sərəncamı həm də həmrəyliyin nümunəsidir" - BƏHRUZ QULİYEV

"Prezident İlham Əliyev tərəfindən müəyyən edilən siyasətin tərkib hissəsi daim insan amilini prioritet istiqamət olaraq şərtləndirir. Bu baxımdan, humanizm və qayğıkeşlik prinsipinə söykənən əfv sərəncamları sözügedən faktoru kifayət qədər tamamlayır". Sözügedən fikirləri Olaylar.az-a "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev dövlət başçısının yaşı 65 və daha çox olan məhkumların həbsdən azad edilmələri ilə bağlı imzaladığı Sərəncamın mahiyyətini şərh edərkən deyib.

Onun sözlərinə görə, növbəti Sərəncamın daha bir mahiyyəti budur ki, dünyanı bürüyən korinavirus infeksiyası xüsusilə yaşlı insanları daha tez yoluxdurur və onların sağlamlıqlarını təhlükə altında qoyur: "Hər bir məqamı incəliyinə qədər düşünən Prezident İlham Əliyev bu məsələdə də öz tükənməz qayğıkeşliyini, diqqətini göstərdi və bu yaş kateqoriyasına uyğun yaşlı məhbusların azad olunmaları, sağlamlıqlarının mühafizəsi üçün himanist addımını atdı, 176 məhbusu öz ailəsinə qovuşdurdu".

Siyasi ekspert əlavə edib ki, azadlığa buraxılan məhbusların cəzalarına və cəza müddətlərinə baxmayaraq, belə bir mötəbər qərarın verilməsi hunanizm prinsipi ilə yanaşı, həm də sosial qayğı siyasətinin növbəti tərənnümüdür: "Burada yalnız azadlığa çıxan insanların qayğılarına diqqət göstərilməyib, eyni zamanda, onların ailələrinin narahatlıqlarına, əndişələrinə də son qoyulub. Belə bir sınaq dövründə bilavasitə azərbaycançılıq ruhundakı böyük həmrəyliyə imza atılıb. Yəni imzalanan əfv sərəncamı həm də həmrəyliyin nümunəsi və etalonudur. Çünki burada məhbusların ailələri,onların qayğıları barəsində də düşünülüb".

Bəhruz Quliyev sonda vurğulaylb ki, məhz bu kimi örnək addımlar, həmrəylik nümunələri, eləcə də sosial qayğıya söykənən humanizm siyasəti xalqımızın bu sınaqdan da qalibiyyət ruhunda çıxacağına tükənməz inam və zəmin yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...