Ermənistan faciənin astanasındadır ANALİTİK

Aqasi Yenkoyan: “Hökumətin bu cür davranışı korrupsiya, hakimiyyətdən sui-istifadədir ki, bəzi adamların maraqlarına xidmət edir”

Ermənistanda koronavirusla mübarizədə ciddi problemlər yaşanır. Artıq siyasi və ictimai qurumların təmsilçiləri, media nümayəndələri bu istiqamətdə Paşinyan hakimiyyətini sərt şəkildə ittiham edir, məsuliyyətsizlikdə, etinasızlıqda və s. məsələlərdə suçlayırlar.

“Respublikada təlaşlı vəziyyətin yaranması əsasında cavabdehliyi hakimiyyətin qeyri-ciddiliyi dayanır”. SİA tert.am-a istinadən xəbər verir ki, bunu Ermənistanın “Media mühafizəçisi” təşkilatının rəhbəri Aqasi Yenkoyan ölkədə yaranımş ağır vəziyyəti, xüsusilə COVİD-19-la bağlı çıxılmaz situasiyanı şərh edərkən deyib.

Hökumətin bu cür davranışı korrupsiya, hakimiyyətdən sui-istifadədir ki, bəzi adamların maraqlarına xidmət edir

Onun sözlərinə görə, təbii sərvətlər nazirinin hökumətə verdiyi təklifində “İnformasiya azadlığı haqqında” qanunda edilən düzəlişlər əslində bu azadlığı pozur. Belə ki, düzəlişdə informasiyanın təqdim olunması müəyyən hallarda rədd eidlə bilər. “Vəziyyətdən istifadə edərək, onlar bunu qanuna sırımağa çalışıarlar”, deyə Yenkoyan bildirib. Onun sözlərinə görə, hökumətin bu cür davranışı korrupsiya, hakimiyyətdən sui-istifadədir ki, bəzi adamların maraqlarına xidmət edir.

“Çox yəqin ki, burada həmçinin maliyyə korruppsiyası riski var”, deyə ittihamını davam edirən “Media mühafizəçisi” təşkilatının rəhbəri bildirib ki, burada bir sıra insanlar və təşkilatlar üstünlük əldə edirlər: “Son günlər hakimiyyətin fəaliyyəti sferasında vətəndaşların azalığına məhdidiyyətlər, təzyiqlər, o cümlədən informasiya azalığına maneələr kimi hallar daha çox görünməyə başlayıb. Bunun aşkar sübutu 1-2 gün əvvəl telefonların diunlənilməsi və hərəkətlərin müəyyən edilməsini təsdiq edən qanunlar paketinin qəbuludur. Bu qanun sadəcə hakimiyyətin məhdudlaşdırma siyasətində atdığı növbəti addımdır”.

“Paşinyan hökuməti koronavirus epidemiyasını müxaifətlə və siyasi opponentləri ilə mübarizədə istifadə edir”

“Beləliklə, erməni media qurumunun təmsilçisi inanır kii, Paşinyan hökuməti koronavirus epidemiyasını müxaifətlə və siyasi opponentləri ilə mübarizədə istifadə edir”, deyən Yenkoyan əlavə edib ki, fövqəladə halın qəbulu bütün bunlara xidmət edir: “Biz tez-tez görürük ki, hakimiyyət bu rejimdən tez-tez sui-istifadə etməklə insanlar arasında həyacan saxlamağa çalışır və zaman-zaman öz hakimiyyətini möhkəmləndirmək üçün bu addımları atır”.

Erməni ictimaiyyətçi sonda SOS siqnalı da verib və bildirib ki, mövcud vəziyyətdə hökumətin bu cür fəaliyyəti bir neçə həftədən sonra respublikanı nəzarətsiz faciəyə aparıb-çıxaracaq”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə