Türkdilli Ölkələrin Parlament Assambleyasının - Bəyanatı

Türkdilli Ölkələrin Parlament Assambleyası Bəyanat yayıb. SİA-nın məlumatına görə, bəyanatda deyilir:

Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) beynəlxalq hüquq norma və prinsiplərinin hər hansı qaydada pozulmasını, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə xələl gətirən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində keçirilən “seçkiləri” şiddətlə qınayır.

TÜRKPA, bəyannamələrində dəfələrlə təsbit edildiyi kimi Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllində qətiyyətli şəkildə dəstəyini bir daha vurğulayır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...