Liviya hadisələrini şərh edən siyasi ekspertlər müharibənin qəsdən uzadıldığından danışmağa başlayıblar. SİA-nın məlumatına görə, İngiltərənin "Guardian" qəzetində bir neçə gün bundan əvvəl yer alan "Liviyada Qərbin strategiyası müharibəni uzatmaqdır. Bu gedişlə Qəddafi Bengazini ələ keçirə bilməyəcək və inqilabçılar da Qərbə doğru irəliləyə bilməyəcək. Əgər Qərb Qəddafini həqiqətən devirmək istəyirsə, onun qəti şəkildə hədəf alınması lazımdır. Çünki hadisələrin bu cür davam etməsi Qəddafiyə böyük bir qələbə gətirəcək" fikirlərinin zaman keçdikcə həqiqi olduğu ortaya çıxır.
Son iki həftə ərzində Qəddafi güclərinin inqilabçıların geriləməsi ilə Ras-Lanuf, Misrata və Berikanı işğal etməsi gözlənilirdi. Qəddafi gücləri ağır silahlar və raketlərlə inqilabçıların mövqelərini bombaladı. NATO güclərinin Qəddafi gücləri Ras-Lanuf və sonrakı iki şəhərə tərəf irəlilədiyi zaman bu gücləri vurmadığı müşahidə edildi. Əgər NATO gücləri vursaydı, Qəddafi gücləri bu şəhərləri işğal edə bilməzdi.
Digər tərəfdən də göründüyü üzrə NATO inqilabçıların silahlandırılmasını təşviq etmir. NATO baş katibi Anders Foq Rasmussen ilə yanaşı təşkilat üzvü olan bir çox ölkələr Liviya üsyançıların silahlandırmasına qarşı çıxır. İngiltərəli beynəlxalq hüquq eksperti Filippe Sandsın da dediyi kimi Təhlükəsizlik Şurasının Liviyaya silah embarqosu qərarı çıxardığı bir vaxtda inqilabçıların silahlandırılmasına icazə verməsi çaşdırıcı olacaq.
Liviyadakı vətəndaş müharibəsində ağır silahlara sahib və muzdlu əsgərlərdən ibarət mütəşəkkilli bir ordu ilə sadə silahlara sahib inqilabçılar üz-üzə dayanıb. Yəni tərəflər arasında hərbi güc fərqi böyükdür. NATO güclərinin də istədiyi kimi şərtlər hal-hazırdakı tarazlıq halında davam etsə, döyüş illərlə vaxt aparar. Bu müharibənin çətinliyini isə xalq çəkəcək. Liviyanın bütövlüyünü təhlükə altına qoyan bir çox amil var. Müharibənin uzanması, Liviya xalqının çətinliyi, ölkənin bölünmə təhlükəsi Qərb üçün iki tərəf üzərində ən geniş manevr sahəsi deməkdir. Təbii ki, Qədafi irəliləmək üçün NATO tərəfindən bombalanmamasını arzulayır. Bu baxımdan ekspertlər Qəddafinin kreslosunu qoruması şərti ilə Qərbin bütün şərtlərini yerinə yetirməyə hazır olduğuna dair mesajlar göndərdiyini düşünür.
NATO-nun iki tərəf arasında tarazlıq yaratmağa daha yaxın olduğu şərhini dəstəkləyən məqam isə BMT nümayəndəsi Abdulilah Əl-Hatibin tərəflər arasında atəşkəs müzakirələri aparmaq üçün Liviyaya göndərilməsidir. Bu vəziyyət Qərbin, xüsusilə ABŞ və Fransa prezidentləri Obama və Sarkozi, həmçinin İngiltərə baş naziri David Kameronun inqilabın əvvəlində ortaya qoyduqları mövqe və Qəddafinin istefası istiqamətindəki tələbləri ilə ziddiyyət təşkil edir.
Hətta proseslər Fransa və İtaliyanın Müvəqqəti Milli Şuranı Liviya xalqının yeganə təmsilçisi olaraq tanımaya və Fransanın Bengazidə nümayəndəliyi açmaq istəyinə qədər inkişaf etmişdi. ABŞ xarici işlər naziri Hillari Klinton da belə bir tanımanı eyham vurmuşdu. Liviyaya xarici müdaxilə böyük problemlər yaradacaq və görünən odur ki, bu problemlər Qərbin öz mənfəətlərinə çatmaq üçün qapı açır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB