14 aprel Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin doğum günüdür. Qarabağ Azadlıq Təşkilatından SİA-ya verilən məlumata görə, Alı Mustafa oğlu Mustafayev 1952-ci il aprelin 14-də Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub.
O, çevik, qorxmaz bir telejurnalist idi, tez-tez müharibənin qaynar nöqtələrində olur, reportajlar hazırlayırdı. 1991-ci il noyabırın 20-də növbəti dəfə qaynar nöqtəyə yollandı, onun uçduğu vertolyot düşmən terrorçuları tərəfindən vurulub, o dövlət və hökümət adamları, xarici müşahidəçilərlə birlikdə həlak olub.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakıda 202 saylı orta məktəb, küçələrdən biri onun adını daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB