"Deputat adını qorumağa çalışmalıyıq"

"Deputatların davranış qaydaları sərtləşdirilməlidir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Regional Məsələlər komitəsinin sədri Siyavuş Novruzov "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna təklif edilən dəyişikliklə bağlı müzakirələrdə deyib.

S. Novruzov bildirib ki, bəzi deputatlar seçicisi olmayan şəxslərin müdafiəsinə qalxırlar: "Bu bizim statusumuza uyğun deyil. Deputatın vəzifəsi öz seçicilərinin problemlərini Milli Məclisdə səsləndirməkdir".

O qeyd edib ki, deputatların etik davranış qaydaları və statusu ilə bağlı kifayət qədər qanunlar qəbul edilib. Biz çalışmalıyıq ki, deputat adını qoruyaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə