Hikmət Babaoğlu: "Tibbi maska əhalinin tələbatını ödəmir"

Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, deputat Hikmət Babaoğlu apteklərdə tibbi maskaların çatışmazlığı məsələsinə toxunub. SİA-nın məlumatına görə, deputat bildirib ki, seçicilər tərəfindən apteklərdə maska olmaması ilə bağlı müraciətlər edilir.

"Bununla bağlı tədbirlər planı hazırlanıb. Əlaqədar qurumlardan xahiş edirəm ki, apteklərdə tibbi vasitələrin əlçatanlığını təmin etsinlər. Gün ərzində apteklərə 50-100 ədəd maska paylanır. Bu isə əhalinin tələbatını ödəmir", - deyə H. Babaoğlu qeyd edib.

Millət vəkili qanuna pandemiya və endemiya anlayışlarının da daxil edilməsini təklif edib: "Qanun layihəsində epidemiya şəraitində məhdudiyyətlərin deputatlara şamil olunmamasından söhbət gedir. Ancaq koronavirus bu gün pandemiya mərhələsindədir. Epidemiya virusun bir ərazidə, endemiya bir qitədə, pandemiya isə daha geniş ərazilərdə yayılması deməkdir. Bu nəzərə alınmaldır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə