Məlahət İbrahimqızı: "Həkimlərə xüsusi status verilsin" TƏKLİF

"Bu gün bir çox ölkədə tibb işçiləri xəstəliyə yoluxaraq dünyasını dəyişir". SİA-nın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsi sədr müavini Məlahət İbrahimqızı "Tibbi sığorta haqqında" qanunun müzakirəsi zamanı deyib.

M.İbrahimqızı təklif edib ki, koronavirusla mübarizə aparan tibb işçilərinə xüsusi status verilsin: "Türkiyədə bu sahədə çalışan həkimlərə qazi, rəhmətə gedənlərə isə şəhid statusu verilir. Mən də bizim həkimlərə xüsusi status verilməsini təklif edirəm".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə