"Kiminsə həbsindən siyasi fon yaratmaq heç kimə lazım deyil" MÖVQE-ÖZƏL

“Hazırda bütün bəşəriyyəti, eləcə də Azərbaycanı narahat edən koronavirus epidemiyası dövründə hər hansı məsələni siyasiləşdirməyin tərəfdarı deyiləm”. Bu fikirləri SİA-ya açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.

O bildirib ki, indiki məqamda Tofiq Yaqublunun həbs olunması ümummilli məsələ deyil, onun tərəfindən törədilən əməl və ya vaş verən cinayət əməli hüquq mühafizə orqanları tərəfindən araşdırılaraq müvafiq qərar verilməlidir: “Hazırki məqamda hər kəs, istər iqtidar, istər müxalifət, istər qeyri-hökumət təşkilatları, istə media orqanları, istərsə də digrələri birlikdə əl-ələ verərək koronavirusdan az itki ilə çıxmaq istiqamətində səyini ortaya qoymalıdır”.

Partiya sədri qeyd edib ki, kiminsə həbs edilməsi yaxşı hal hesab edilmir: “Lakin bundan ojiotaj, siyasi don yaratmaq da heç kimə lazım deyil. Əksinə hakimiyyətə dəstək olaraq, hazırki bəladan qurtulmaq naminə çalışmaq lazımdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə