"Uşaqlara, şagirdlərə tövsiyyəni onların valideyinləri verməlidir" ÖZƏL-MÜNASİBƏT

"Koronovirus (COVİD-19) infeksiyası ümumbəşəri bir bəladır. Bu gün dünyada tüğyan edən və artıq yarım milyon insanın bu xəstəliyə düçar olduğu, 20 mindən artıq insanın dünyasını dəyişdiyi bu bəla təəssüflər olsun ki, Azərbaycandan da yan ötməyib". Bunu SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

İdarə rəisinin sözlərinə görə, Azərbaycan dövləti və ölkə rəhbərinin tapşırığı əsasında Nazirlər Kabineti yanında yaradılmış xüsusi Operativ Qərargah Nazirlər Kabineti başda olmaqla Azərbaycanın aidiyyatı qurumları vətəndaşlara dəfələrlə müraciət edərək məhz evdə qalmaları, öz ailə üzvlərinin, vətəndaşlarımızın qorunması üçün, bu xəstəliyin Azərbaycanda yayılmaması üçün hər birimiz tövsiyyələrə qulaq asmalı və onlara riayət etməliyik: "Məhz bir neçə dövlətin əvvəlində bu problemə qeyri-ciddi yanaşması, tövsiyyələrə riayət etməməsi daha çox insanın arasında bu virusun yayılmasına və ölüm hallarının daha çox olmasına gətirib çıxardı. Bu gün hər bir Azərbaycan vətəndaşı xüsusən də kiçik, orta yaşlı, məktəbli şagirdləri olan ailə üzvləri bu günlərdə karantin rejiminin tələblərinə uyğun işlərə əməl etməlidirlər. Uşaqlar evdə qalıb kitab oxu layihəsinə, evdə qalıb mütaliə etməyə, daha çox ev şəraitində müxtəlif oyunlara, fərdi yaradıcılıq işlərinə üstünlük verməlidir. Bu həm onların, həm də Azərbaycan xalqının sağlamlığı üçün çox vacibdir. Bu uşaqlara, şagirdlərə tövsiyyəni onların valideyinləri verməlidir. Onlara gigiyenik şərtlərə, təmizliyə riayət etməyi, virusla mübarizə haqqında məlumatı daim maarifləndirmə işi vasitəsilə bilgiləndirməlidir. Bu çox vacibdir. Biz çalışmalıyıq ki, bu bəla bizdən tez yan keçsin".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə