Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini yenidən atəşə tutub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 12-də saat 16.50-dən 16.55-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızıl Hacılı kəndində yerləşən mövqelərimizi, saat 15.05-dən 15.20-dək, 15.20-dən 15.30-dək, 19.15-dən 19.20-dək və aprelin 13-də saat 00.10-dan 00.15-dək Füzuli rayonunun Qaraxanbəyli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB