London Olimpiadasının himninin müəllifi kim olacaq?

London Olimpiadasının himninin müəllifi kim olacaq?

Kris Martin və "Coldplay" qrupu 2012-ci ildə Londonda keçiriləcək yay Olimpiadasının rəsmi himninin bəstələnməsi barədə təşkilatçıların təklifini nəzərdən keçirirlər.

SİA-nın xəbərinə görə, təşkilatçıların fikrincə Kris Martin himnin müəllifi olmaq üçün əsas namizəddir. Təşkilatçılar bildiriblər: "Biz "Coldplay" qrupunun digər iştirakçıları ilə birlikdə Kris Martini işə cəlb etmək üçün böyük səy göstəririk. Biz istəyirik ki, onlara "Muse" qrupu və Deymon Olbarn kömək etsinlər".

"Coldplay" qrupunun lideri Kris Martin bununla bağlı hələlik heç bir açıqlama verməmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə