Millət vəkili: "Mənə elə gəlir ki, Xankəndi hava limanı açılmayacaq"- AÇIQLAMA
"Ermənistanın təyyarə reyslərinə ehtiyacı yoxdur. Yeravanla Xankəndi arasında məsafə o qədər də çox deyil, sadəcə Ermənistanın bu cür addım atmasının məqsədi özünün siyasi iddialarından əl çəkməməsi, Azərbaycana siyasi-texniki təzyiq etmək istəyidir". Bu sözləri SİA-ya millət vəkili Aydın Mirzəzadə Ermənistanın Xankəndində hava limanı tikməsi və uçuşlar həyata keçirməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistan prezidenti Serj Sarkisyanın birinci təyyarə sərnişini olması ilə bağlı iddiasının özü də siyasi divident və uzaqgörən olmamasından irəli gəlir. Azərbaycanın hava hüdudlarının pozulması zamanı istənilən təyyarəni vuracağı ilə bağlı bəyanatını xatırladan A. Mirzəzadə bildirib ki, Xankəndindəki rejim məlumat verdi ki, hava limanı 9 mayda açılmayacaq.
"İrəvan özünün əvvəlki iddialarından geri çəkildi. Mənə elə gəlir ki, Xankəndi hava limanı ümumiyyətlə, açılamayacaq. Çünki Ermənistan nə qədər özünü beynəlxalq hüquq normalarına hörmətsiz göstərməyə çalışsa da o yaxşı bilir ki, bu cür addımlar ona nə qədər ağır başa gələcək. Azərbaycan bu məsələni özünün suveren hüquqları çərçivəsində həll edir, bundan sonra da həll edəcək",- deyə millət vəkili qeyd edib.
Ermənistanın bu addımının məqsədinə də toxunan millət vəkili söyləyib ki, düşmən ölkə tərəfindən atılan addım əslində Sarkisyan rejiminin hakimiyyətdə daha çox qalmasına hesablanıb. Onun fikrincə, istənilən rejim daxili və xarici siyasətinin uğurlarına görə hakimiyyəti uzada bilər: "Düşmən ölkənin daxilində vəziyyət gərgindir. Müxalifət rejimi sıxır, Ermənistan beynəlxalq aləmdən təcrid olunub. Heç bir ölkə onun işğalçılıq siyasətini müdafiə etmir. Bu baxımdan da o, xaricdə Dağlıq Qarabağ məsələsində qətiyyətli olduğunu göstərərək öz daxilində dividentlər qazanmağa çalışır. Lakin hadisələr onu göstərir ki, bu da onda alınmır".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB