"Əvvəla bu, feminist hərəkatı deyil, feminist hərəkatı qadın hüquqları uğrunda mübarizədir ki, qadınlara da azadlıqlar Azərbaycanda 1918-ci ildə verilib". Bu sözləri SİA-ya müsahibəsində “Gender və İnsan Hüququ” Araşdırma Birliyinin rəhbəri Rəna Mirzəzadə deyib.
“Burada siyasi, iqtisadi hüquqlardan söhbət gedir. Azadlıq deyəndə, məsələn, ailədə də azadlığını istəyən qadınlar olur və ailənin öz konstitusiyası var ki, bu da onların özünə aiddir. Dövlətdən nə azadlıq istəmək olar, bir halda ki, dövlətin konstitusiyasında qadın və kişi hüquqlarının bərabərliyi yazılıb. Bununla da hər şey bitib. Ancaq bu qadınlar şiddətə, zorakılığa yox deməyə çıxıblar. Buna feminist hərəkat adı vermək düzgün deyil. Hansı zörakılıqdan söhbət gedir? Bu, qadının əri tərəfindən döyülməsi, qadınlara qarşı olan təcavüzlərdir və bunlar düz ifadə edə bilməyiblər fikirlərini. Onlar gərək öz fikirlərini Daxili İşlər Nazirliyinə qanuni şəkildə, savadlı surətdə yazaydılar. Əgər, öz hüququnu bilməyən, yaxud bilmək istəməyən qadınlar kortəbii şəkildə küçəyə çıxıb qışqırırsa, polisin müdaxiləsi lazımdır. Polis onlara qarşı mədəni hərəkət etdi, nə tutmadı, nə də cəzalandırmadı. Mən buna bir qadın hay-küyü, bir qışqırıq kimi baxıram, bu feminist hərəkatı deyil. Bazarda da bir neçə adamın qışqırığının şahidi ola bilirik və buna hərəkat demək olmaz axı. Bu qadınlar nəyə görə küçəyə çıxıblar, bilinmir. Onları idarə edən qüvvələr var ki, o qüvvələri araşdırmaq, tapmaq lazımdır. İnsanlar həmişə nədənsə narazıdırlar. Bu narazılıq evin içində də ola bilir. Nədənsə narazı insanların etdiklərini hərəkat adlandırmaq olmaz. Bunun arxasında dayanan qüvvələrin kimliyi müəyyənləşdirilməlidir. Bəlkə bunun arxasında hansısa qurum dayanır, bəlkə xaricdir dayanan. Axı bu qadınların küçəyə çıxması bir dəqiqəlik, bir saatlıq iş deyil", deyə R.Mirzəzadə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB