"Bu gün kimin gücü varsa, dünya ictimai rəyi də onun tərəfindədir" ÖZƏL-MÜNASİBƏT

"Bu gün kimin gücü varsa, dünya ictimai rəyi də onun tərəfindədir" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan tərəfinin Ermənistanın təxribatçı hərəkətlərinin qarşısını almağının bir yolu var o da hərbi gücündən istifadə etməlidir, düşmənləri ərazimizdən çıxarmalıdır və ərazi bütövlüyümüz təmin olunmalıdır". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.

Deputatın sözlərinə görə, Ermənistanın tərəfinin təxribatlarına heç bir güzəşt olmadan ən sərt formada, ən dağıdıcı zərbələr endirilməlidir: "Ümumiyyətlə bu məsələrə heç dünya ictimai rəyi də yoxdur. Bu gün dünya ictimai rəyinə baxan yoxdur. Bu gün kimin gücü varsa, dünya ictimai rəyi də onun tərəfindədir. 30 ildir ki, dünya ictimai rəyinin umuduna qalmışıq və heç bir nəticəsi olmayıb. Düşmən də günü-gündən azğınlaşır və bildiyini də edir. Bunun qarşısını almaq üçün ictimai rəyin faydası yoxdur və etiraz, bəyanat, qərar, qətnamə isə öz təsir gücünü itirib. Dünyanın ən böyük beynəlxalq təşkilatı BMT-dir. 26-27 ildir ki, Dağlıq Qarabağla bağlı 4 qətnamə qəbul edib. Axı bunların hansı icra olunub. Təbii ki, heç biri. Yəni onları başa salmaq üçün, bir nəticə əldə etmək üçün yeganə yolumuz hərbi gücümüzdən istifadə edib düşməni ərazilərimizdən çıxarmaq və ərazi bütövlüyümüzü təmin etməkdir. Başqa heç bir yol yoxdur”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə