"Səkikiz ədəd "Panser" məhv etmişik" ƏRDOĞAN

"Səkikiz ədəd "Panser" məhv etmişik" ƏRDOĞAN

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan təsdiq edir ki, ölkəsinin silahlı qüvvələri Suriyanın İdlib şəhərində qarşı tərəfin 8 ədəd “Pansir” raket-top kompleksini məhv edib. SİA xəbər verir ki, bu barədə RİA Novosti yazır.

Türkiyə Prezidenti bunu Brüsseldən geri dönərkən jurnalistlərlə söhbətində bildirib.

“Biz İdlibdə pilotsuz təyyarələrimiz vasitəsi ilə 8 ədəd “Panser” məhv etmişik. Onlar çox baha və əhəmiyyətli havadan müdafiə kompleksləridir”, Ərdoğanın fikirlərini NTV telekanalı yayıb. O. Həmçinin bildirib ki, İldlibdən başqa bu komplekslər Liviyada da quraşdırılıb.

Xatırladaq ki, adıçəkilən komplekslər Suriya ordusunun silah arsenalına daixildir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə