Gəncənin yeni giriş qapısı - FOTOSLAYD

Gəncənin yeni giriş qapısı - FOTOSLAYD

Gəncə şəhərinin giriş qapısının yeni layihəsi ictimaiyyətə təqdim edilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, memarlar və digər rəsmilər iştirak edib.

Layihədə Gəncənin iki hissəli giriş qapısının hündürlüyü 12, eni isə 9 metrdir. Gəncə qapıları ilə Nizami məqbərəsi arasında olan 2.6 km məsafədə, yolun sağ tərəfində Şeyx Nizaminin əsərlərindən nümunələrin əks olunduğu abidə kompleksi yaradılacaq.

Yolun sol hissəsini isə yaşıllıq zolaqları və fəvvarələr bəzəyəcək. Məqbərənin yaxınlığında 9 metr uzunluğunda və 4 metr enində əlavə kitab abidəsi ucaldılacaq. İşlərə bu ay start veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə