Türkiyədən Dəməşq rejiminə növbəti dəhşətli zərbə 299 ÖLÜ!

Türkiyədən Dəməşq rejiminə növbəti dəhşətli zərbə 299 ÖLÜ!

“Bahar qalxanı” hərbi əməliyyatı çərçivəsində Türk ordusu Dəməşq rejiminin İdlibdəki 82 hədəfinə ağır zərbələr endirib. SİA Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, nəticədə Suriya ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.

Müxtəlif mənbələrdən verilən xəbərlərə görə, zərbələr nəticəsində 9 tank, 2 haubitsa, 6 çoxlüləli raket qurğusu, 2 hərbi nəqliyyat vasitəsi və 299 hərbi qulluqçu sıradan çıxarılıb.

Xəbərlərdə həmçinin deyilir ki, düşmənin açdığı atəş nəticəsində 1 türk hərbi qulluqçusu şəhid olub, 9-u isə yaralanıb. Nazirlik şəhid olanların ailələrinə və Türkiyə xalqına baş sağlığı verib, yaralananların isə tez bir zamanda sağalmalarını diləyib.

“Hərbçilərimizin qanları yerdə qalmayacaq, qisasımızı alacağıq”, deyə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi məlumatında vurğulanır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə