Aprelin 5-də konstitusiya dəyişiklikləri ilə bağlı keçirilməsi planlaşdırılan referendumla bağlı kifayət qədər maraqlı situasiya yaranıb. SİA xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.
Qeyd olunur ki, bu, eyni zamanda koronavirusun ölkədə sürətlə yayılması ilə də bağlıdır.
Nəşrin məlumatına görə, proqnozlaşdırılmamış vəziyyətə görə, hakimiyyət bir neçə variantı müzakirə edir, o cümlədən sığortalanmaq məsələsi də hökumətin gündəmindədir: “Bizdə olan məlumata görə, baş nazir bir qrup hüquqşünasa referendumun vaxtının dəyişdirilməsi ilə bağlı hüquqi tənzimlənmənin yollarını araşdırmağa tapşırıb. Xüsusilə, istisna edilmir ki, 20 marta qədər referendumun payıza qədər təxirə salınması barədə qərar verilə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB