“Hə”çilər lazımi səs toplaya bilməyəcək "İRATES"

“Hə”çilər lazımi səs toplaya bilməyəcək "İRATES"

Ermənistanda dərc edilən “İrates”in yazdığına görə, Nikol Paşinyana elə gəlirdi ki, Konstitusiya məhkəməsinin hakimləri mütləq şəkildə istefa verəcəklər. SİA adıçəkilən qəzetə istinadən xəbər verir.

“O hər şey etdi ki, ən azından bir hakim də olsa belə, həmin addıma getsin. Belə ki, o bununla Konstitusiya məhkəməsinin birliyini parçalamaq gücündədir və bunun üçün var gücünü ortaya qoymuşdu. Lakin Konstitusiya məhkəməsinin hakimləri özlərini kifayət qədər prinsipial apardılar və sübut etdilər ki, hakimiyyətin diktə oyunun tərkib hissəsinə çevrilməyəcəklər”, deyə adıçəkilən erməni nəşri yazır.

“İrates” həmçinin yazır ki, Paşinyanın komandası ikiqat fiasko yaşayıb. Belə ki, onlar Paşinyanın parlament tribunasından səsləndirdiyi ayrı-ayrılıqda, yaxud Konstitusiya məhkəməsinin bütün hakimləri ilə birgə görüşmək və məsələni həll etmək təklifini rədd ediblər. SİTAT: “Bu susqunluq idarəedici komandada müxtəlif söhbətlərə yol açıb ki, Nikol Paşinyan nəinki baş verən proseslərə nəzarət edə bilmir, həm də avtoritetini itirib. Artıq Konstitusiya referendumunda “Hə”çilərin lazımi səs toplaya bilməməsini bəri başdan ehtimal etmək elə də çətin deyil”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə