Türkiyə Bosfor və Dardanel boğazlarını bağlayır? Hərbi təhlükə

Türkiyə dövləti İdlibdə vəziyyətin gərginləşməsi səbəbilə və hərbi gəmilərin keçidinin qarşısını almaq məqsədi ilə Bosfor və Dardanel boğazlarının bağlamaq mümkünlüyü barədə qərar qəbul edə bilər. SİA xəbər verir ki, bunu Türkiyə mətbuatı yazır.

Məlumatlara əsasən, boğazların bağlanması barədə qərar Möntre konvensiyasının 20 və 21-ci maddələri əsasında verilə bilər. Belə ki, əgər Türkiyə hərbi təhlükə hiss edərsə, bunu etmək hüququnu saxlamaqdadır.

Xatırladaq ki, Türkiyə ordusunun 33 hərbçisi Suriya hökumət qüvvələrinin havadan hücumu nəticəsində şəhid olub, bir neçə hərbi texnikası sıradan çıxarılıb. Türkiyə silahlı qüvvələrinin Suriyaya dislokasiya olunmuş hərbi gücləri cavab tədbiri çərçivəsində çox sayda Suriyanın hökumət qüvvələrini və onların hərbi texnikalarını məhv edib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə