Qabriel Xaranın Azərbaycandakı diplomatik fəaliyyəti başa çatır

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Çilinin ölkəmizdəki müvəqqəti işlər vəkili Qabriel Xara ilə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Çilinin Azərbaycanda fəaliyyət göstərən ilk diplomatı olmasından fəxr etdiyini bildirən Q.Xara diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparıblar. Bu xüsusda, tərəflər iqtisadi, kənd təsərrüfatı və innovasiyalar sahələrində layihələrin həyata keçirilməsinin mümkünlüyünü müzakirə ediblər.

Nazir Elmar Məmmədyarov çilili diplomatı münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Bütün xəbərlər Facebook səhifəmizdə