“Dövlət qulluğunda kadr ehtiyatlarının idarə olunması” mövzusunda təlim kursu keçirilir

“Dövlət qulluğunda kadr ehtiyatlarının idarə olunması” mövzusunda təlim kursu keçirilir
Bu gündən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) BMT-nin İnkişaf Proqramı (UNDP) ilə birlikdə dövlət orqanlarının məsul vəzifəli şəxsləri üçün "Dövlət qulluğunda kadr ehtiyatlarının idarə olunması" mövzusunda təlim kursu təşkil edir. SİA-nın xəbərinə görə, üç gün davam edəcək təlim kurslarında dövlət orqanlarının aparat rəhbərləri və kadr qurumlaırnın rəhbərləri iştirak edəcək.

Təlimin ilk günündə iştirak edən DQMK-nən sədr müavini Vəfadar Misirov bildirib ki, bu kurs dövlət qulluqçularının etik davranış qaydalarına həsr olunur. Onun sözlərinə görə, bu təlimlər ənənə halını alıb və 2007-ci ildən yerli və beynəlxalq ekspertlər tərəfindən həyata keçirilir. Belə təlimlərin xarici ölkələrdə də təşkil olunduğunu deyən V.Misirov vurğulayıb ki, onlar 2008-ci ildə Litvada, 2009-cu ildə Koreyada, 2010-cu ildə isə Fransa, Hollandiya, Avstriya, Türkiyə kimi ölkələrdə baş tutub.

"3 gün davam edəcək təlimlərdə dövlət orqanlarının aparat rəhbərləri və kadr qurumlaırnın rəhbərləri iştirak edirlər. Təlimlərin mövzusu birinci növbədə bu gün Azərbaycanda çox aktual olan antikorrupsiya tədbirləri ilə bağlı olaraq dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi, bu sahədə görülməli olan işlərlə bağlıdır. Digər təlimlər isə komanda qurmaq bacarığı, rəhbər kadrların bu sahədə peşə vərdişlərinin artırılmasına yönəlib. 3-cü gün baş tutacaq təlim isə komanda qurmaq bacarığı, təşkilatı insan resusrlarının idarə edilməsi ilə bağlı strategiyanın qurulmasıdır. Bizə təqdim olunan 10 mövzudan bu 3 mövzu seçilib, çünki onlar qabaqcıl dünya təcrübəsinə əsaslanırlar. Azərbaycanda dövlət qulluqçularının peşə vərdişlərinin artırılmasında bu təlimlər mühüm rol oynayacaq", - deyə o əlavə edib.

Komissiyanın 2006-cı ildən fəaliyyət göstərdiyini deyən DQMK sədrinin müavini qeyd edib ki, onlar dövlət qulluqçularının normativ aktlarının idarə olunması ilə paralel dövlət qulluqçularının etik davranış qaydalarına da nəzarət edirlər. O bildirib ki, bu günə kimi komissiyanın təşkil etdiyi müsabiqə və müsahibələrdə 20 minə yaxın namizəd iştirak edib və onlardan 1000-dən artığı müxtəlif dövlət orqanlarında işlə təmin olunub.

Təlimdə iştirak edən BMT-nin nümayəndəsi də belə bir kursların təşkil edilməsini yüksək qiymətləndirib. O bildirib ki, dövlət qulluqçuları üçün belə bir təlimlərin keçirilməsi onların fəaliyyətində mühüm əhəmiyyətə malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə